Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

352 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Marjane Satrapi 1969 ilində iranda doğulub. Uşaq illərindən bu yana İrana dəvamlı edilən işğalçı yürüyüşlər, heç kəsilməyən müharibə şəraiti, islam devrimləri illərində böyümüş bir qadın olaraq başından keçən hadisələri karikatura şəklində insanlara çatdırıb. Çünki hər nə qədər azadlığına və rəfah halına qovuşmuş olsada, keçmişini unutmaq istəməmiş və belə bir şəraitdə böyüməyin nə demək olduğunu hər kəs anlasın istəyirdi. Persepolis hər bir insana düşüncə azadlığının nə qədər lazım olduğunun, bir qadın olaraq toplumda hansı mərtəbələrə alçaldılmağa çalışılsada hər zaman necə güclü qala biləcəyimizin bir təmsilçisidir məncə. Dindar bir əhalinin azad olmağa çalışanları necə əzdiyinin sübutudur. Bunlar hər biri yaşanıb. Heç biri mif deyil. Hal hazırda hər birimiz bir qadın olaraq, bəlkə öz ailəmizdən, sevdiklərimizdən, hətta tanımadığımız şəxslər tərəfindən açıq açıq olmasada psixolojik baxımdan təcizlərə məruz qalırıq. Bir çoxumuza sus deyilir. Oxuma deyilir. Evlən deyilir. Fikirlərini ifadə etmə deyilir. Azadlığımızdan məhrum edilməmizi istəyirlər. Bəlkə Marjane'nın valideynləri onun arxasında idi lakin təəssüfki bir çoxları ondan da məhrumdur, elə öz ailəsi tərəfindən azadlığı əlindən alınır. Sizə, mütləq ki ya bu kitabı oxuyun, ya da filmini izləyin demək istərəm. Qorxmayaq, Susmayaq, öz iradəmizdən kənar bizə nəsə edilməsinə icazə verməyək. Azadlığın bir bədəli var.. Amma yenədə özümüz, təhsilimiz, varlığımız, üçün hər şeyi edək. Boyun əyməyək.
Persepolis
PersepolisMarjane Satrapi · Panama Yayıncılık · 20171,941 okunma
·
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.