Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

392 syf.
8/10 puan verdi
·
7 günde okudu
Kitabı oxumadan öncə Cek Londonun öz həyatı haqqında kiçik bir araşdırma etməyinizi məsləhət görərdim, çünki Martinin hekayəsindəki çox hissəni London öz həyatından ilhamlanaraq yazıb. Kitabın incələməsinə keçmədən öncə Cek Londonun həyatından bir az yazım. Cek Londonun anası Flora hamilə olduğunu Cekin atasına dedikdə o, Floranı tərk edib və geri qayıtmayıb. Cek doğulduqdan sonra Flora müharibə qazisi Con Londonla evlənir. Ağır həyat şərtləri hələ uşaq yaşlarından Ceki işləməyə məcbur etmişdir. Çox cüzi bir maaş müqabilində gündə 16 saatdan artıq iş əsərdəki bəzi söhbətlərdən də hiss edəcəyimiz kimi Londonda kapitalizmə qarşı nifrət oyatmışdır. Əsərdəki Ruf obrazı Cekin ilk aşiq olduğu qadını -- Meyblı təsvir edir. Meybl Cekin dostunun bacısı olub və əsərdəki kimi Cek ona ilk görüşdən aşiq olub. Buradan sonrakı hissədə kitabı oxumadan bilmək istəməyəcəyiniz məlumatlar ola bilər. ---"Martin İden" əsərinin incələməsi--- Sevgi hissi müsbət və ya mənfi fərq etmədən insanı həyatını kökündən dəyişəcək qərarlara yönəldən ən qüvvətli amillərdən biridir. Birini sevəndə onun sevdiyi məşğuliyyətləri də sevməyə başlayırıq, əgər hər hansı bir cəhətdən sevdiyimiz insandan geridə olduğumuzu hiss etsək, bütün enerjimizlə o boşluğu doldurmağa, ona layiq olmağa çalışırıq. Martinin Rufu ilk gördüyü andan duyduğu sevgi də belə bir sevgidir. Rufun oxuduğu kitablar, gözəl nitqi, Universitetdə təhsil alması Martində də özünü inkişaf etdirməyə maraq oyadır. Martin kitabxanaya yazılır, söyüş söyməyi, dava etməyi tərgidir. Yavaş-yavaş Rufun ətrafı ilə müqayisə etdikcə öz yoxsul təbəqəsinin söyüşlü danışığı, yemək yeyərkən nəzakət qaydalarına riayət etməməsi, davaları və s. Martini iyrəndirməyə başlayır. Kitabların gözəlliyinə vurulan Martin özü də yazmaq həvəsinə düşür. Qəzetdə oxuduğu sanballı jurnalların müəllifə yazısının hər sözünə görə iki sent verməsi məlumatı isə onun bu həvəsini daha da alovlandırır. Martin dayanmadan yazır, amma jurnallar, qəzetlər onun yazılarını çap etmədən özünə qaytarırlar. Bütün pulunu poçt markalarına xərcləyən Martin velosipedini, kostyumunu və s. girov qoymalı olur. Martinin bütün vaxtının və enerjisinin yazmağa həsr olunması və bunun heç bir gəlir gətirməməsi Rufun narazılığına səbəb olur və ondan yazmağı buraxıb bir işə girməsini istəyir. **Ən zəif vaxtımızda yanımızda kimlərin olduğunu yadda saxlamaq lazımdır. Bizə maraqlı olan, arxasınca həftələrlə, aylarla qaçdığımız, uğrunda bir çox şeydən keçdiyimiz insanların yarı yolda qoyduğunu, amma varlığını unudub "yola verdiklərimizin" əslində, ən çətin günlərdə də yanımızda ola bildiyini görə bilərik. Həmin dostlar bizi bəzəkli nitqlər, pulla dolu cib üçün yox, özümüz olduğumuz üçün sevirlər. Kitabda kənarda qalmış, amma mənə ən çox təsir bağışlayan personajlardan biri gözəl fəhlə qız Lizzi Konolli oldu. Bu qız Martini şöhrətə çatmadan əvvəl də bütün pis cəhətləri ilə birgə sevirdi. Hətta Martin varlandıqda, tanındıqda Lizzi buna heyifsiləndi, çünki artıq sevdiyi oğlanla aralarındakı uçurum daha da böyüyürdü. Lizzi eynilə vaxtikən Martinin Rufa layiq olmaq üçün etdiyi kimi axşam məktəbinə yazıldı. Əsərdə çox gözəl işlənmiş bir hissəni yazım: Lizzi Martin hələ tanınmadan əvvəl ağlayaraq bir cümlə işlətmişdi: "Martin, mən sizin üçün ölümə də gedərdim." Martin varlandıqdan sonra ondan ayrıldığına peşman olan Ruf onun mehmanxanadakı otağına gəlib Martindən rədd cavabı alanda dedi ki, "Siz çox rəhmsizsiniz. Mən hətta sizin üçün belə bir yerə də gəlmişəm." Bu zaman Martin Lizzinin çox sadə bir şəkildə onun üçün ölməyə hazır olmasını və Rufun onun yanına gəlməyi böyük bir cəsarət və sevgi nümunəsi hesab etməsini müqayisə edir. Kitabda tək sevmədiyim hissə sonunun çox tələsik yazılmış olmasıdır. Əvvəlləri xırda detallara qədər işlənmiş, amma bütün düyün nöqtələr son 40-50 səhifədə yazılmışdır. Sanki sona doğru yazıçının səbri bitibmiş kimi bir təəssürat yaratdı.
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792bin okunma
·
152 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.