Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Martin İden

Jack London

Yorumlar ve İncelemeler

Tümünü Gör
400 syf.
9/10 puan verdi
Spoilər ola bilər
Kitabı bir neçə saatdı bitirsəm belə hələ də kitab qarşımda boş boş baxıram. Sonunun belə olacağını və bu qədər mənə təsir edəcəyini düşünmürdüm... Yazıçı kitabda kasıbçılığı, çarəsizliyi, iradəli olmağı, ümidləri, sevgini elə gözəl ifadə edib ki, Martin obrazını oxuduğumuz zaman onun keçirdiyi hissləri sizdə onunla bərabər
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,3bin okunma
Reklam
392 syf.
·
Puan vermedi
"Heç bir yaşamın sonsuz olmadığı, Ölülərin əsla dirilmədiyi".
Dünya ədəbiyyatı fənnindən imtahanım olmasaydı, bəlkə də bu əsəri oxuyan deyildim.)Amma yaxşı ki,oxudum dediyim kitablardan oldu.Hətta,imtahan sualıma da Cek Londonun yaradıcılığı düşdü))Əsərdə insanın eşq uğurunda dəyişməsindən söhbət gedir. Martin İden 21 yaşlı dənizçi idi.O,iş görməyi sevməyən biri idi.Bir gün o, küçə quldurlarından Artur adlı
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,3bin okunma
392 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Əsərin məzmunu ilə bağlı məlumat ehtiva edə bilər.
"Martin İden" - Cek Londonun avtobioqrafik romanı. Əsər 21 yaşlı Martinin həyatından, arzularından, mübarizəsindən bəhs edir. (Martin İden yazıçının prototipidir.) Hər şey aşağı təbəqədən olan gənc Martinin bir münaqişədə Artur adlı zəngin təbəqədən olan gənci xilas etməsi ilə başlayır. Artur ona minnətdarlıq üçün evlərində nahara dəvət edir. Bizim kasıb və təhsilsiz Martinimiz onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir. Lakin Rufa sevgisini etiraf edə bilmək üçün aralarındakı sinif fərqini yox etməsi lazımdır. Martin çoxlu kitab oxumağa və ədəbiyyatı sevməyə başlayır. (Yox, o ömründə bir dənə də olsun kitab oxumamış biri deyildi. Öz dili ilə desək - "Mən, bilirsinizmi, kitabları həmişə sevmişəm və əlimə düşən kitabı həmişə oxumuşam.") Daha sonra özünün də yazmaq bacarığı olduğunu hiss edib qərara gəlir ki, yazıçı olsun, bu sayədə pul qazansın və öz sevgilisinə layiq olan təbəqənin adamları sırasına qatılsın... Görəsən, sonda Martin bu arzusuna nail ola bilirmi? Kitab yarısına qədər sıxıcı, sadə bir sevgi hekayəsi imiş kimi davam edir. Lakin əsas hadisələr yarısından sonra başlayır. Kitabı bəyəndim sevdiyim əsərlərin sırasına daxil oldu. *Qeyd: Kitabı oxumadan əvvəl Cek Londonun həyatını araşdırıb oxusanız daha yaxşı olar. Xoş mütaliələr...
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,3bin okunma
400 syf.
10/10 puan verdi
·
7 günde okudu
Sizi həyata bağlayan və sizə hər kəsdən çox inanmasını istədiyiniz insan sizdən uzaqlaşanda artıq əvvəlki kimi həyata bağlı bir vəcdlə yaşaya bilərsinizmi? Amerikalı jurnalist, əllidən çox kitabın yazarı John Griffith London 1876ci ildə San Fransiskoda dünyaya göz açmışdır.”Vəhşətin çağrısı”,”Ağ diş”,”Dəniz qurdu” kimi məşhur romanları ilə yanaşı “Martin İden” romanı da oxucuların rəğbətini qazana bilmişdir. Romanda kasın təbəqənin nümayəndəsi olan matros-Martin İdenlə, yüksək təbəqə və ziyalı ailənin nümayəndəsi Rufun arasındakı əlaqədən bəhs edilir.Romanda insanın sevgisi üzərindəki mübarizəsi,sevginin bütün duyğuların tanrısı və ən ucası olduğu,insanların zəhmətkeş və hazıranazir insanlar olaraq iki yerə bölünmüş şəkildə ifadə olunması romanın əsas mərkəzini təşkil edir.Əsərdə bayağılaşmış və kübar cəmiyyət tərəfindən qəbul olunmuş ,qəlibləşmiş ifadələrin,hərəkətlərin,zövqlərin mövcud olmasına,pulun səadət və savaddan belə daha yüksək tutulmasına Cek London Martin İden personajı ilə qarşı çıxır.Qəlbində oxumaq və araşdırmaq həyəcanı və həvəsi olan gəncin həyat hekayəsi məişət problemləri ilə birlikdə Cek London tərəfindən yüksək səviyyədə ifadə olunmuşdur. İnsanın həyatla mübarizəsində ona dəstək olan motivasiya nədən ibarətdir və bu motivasiya nəyə görə şəkillənir? İnsan instinktiv olaraq həyat eşqini qəlbində söndürə bilərmi?Yoxsa onun digər duyğuları kimi bu hiss də,Samuel Klemesin qeyd etdiyi kimi ətraf mühitin xarici bağlantıları ilə,başqa cür desək bir başqa insanla mı əlaqədardır?
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,3bin okunma
Reklam
392 syf.
8/10 puan verdi
·
7 günde okudu
Kitabı oxumadan öncə Cek Londonun öz həyatı haqqında kiçik bir araşdırma etməyinizi məsləhət görərdim, çünki Martinin hekayəsindəki çox hissəni London öz həyatından ilhamlanaraq yazıb. Kitabın incələməsinə keçmədən öncə Cek Londonun həyatından bir az yazım. Cek Londonun anası Flora hamilə olduğunu Cekin atasına dedikdə o, Floranı tərk edib və
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,3bin okunma
392 syf.
10/10 puan verdi
·
25 günde okudu
Bu kitab məndə üç dörd il olar ki var .Gec oxuduğum üçün təəssüf edirəm.Kitabda bir çox mövzuya toxunulub .Eşq, məğlubiyyət, xəyallar,uğur və s. Rufla Martin haqda bunu deyə bilərəm ki Rufun hisləri eşq ,sevgi deyildi.Biz bəzən xəyalımızda yaratdığımız birini xarici görünüş cəhətdən sevdiyimiz birinə uyğunlaşdırıb eşq zənn edirik .**Beğendiğiniz bedenlere, hayalinizdeki ruhları koyup, bunu “aşk” sanıyorsunuz.**Eyniylə Ruf da Martinin öz tanıdığı insanlar kimi olmasını,dəyişməsini ,yazmamasını istəyirdi.Nəticədə ilk çətinlikdə üz döndərdi.Məğlubiyyət,Martin dəfələrlə məğlub olsa belə yenə yazmağa davam etdi, heç kimi dinləmədi , insan adı daşıyan varlıqlar hər zaman həyatımız haqda mənfi danışar,onlara fikir vermək isə insanı yanlız xəstə edər.Sonda uğur əldə etdi ama bəzən xəyallarımız gerçək olduğu zaman çox şey əldə etdiyimizi zənn edərik əslində olan isə sadəcə boşluqdur. Oxuduğum mükəmməl kitablardan biri oldu..
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,3bin okunma
392 syf.
9/10 puan verdi
·
7 günde okudu
Ahh Martin İden bu necə bir hekayədir. Kitabı oxuyanda ağlımda ancaq bir fikir formalaşdı "Çiçək solandan sonra yağan yağmurun nə faydası!? :(". Roman haqqında çox şey demək olar amma deyəsən məndə Martin kimi yorğunam. Sadəcə çox gözəl bir romandır mütləq oxuyun deyə bilirəm ^^
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,3bin okunma
·
Puan vermedi
Ah be Martinim
Aşiq olduğun obraz hansıdır desələr heç düşünmədən Martin deyərdim. Onun mübarizəsi,ruhdan düşməməsi,daim öz üzərində çalışması,kitabları sevməsi..Məni daim özünə çəkirdi. Rufa nifrət eləyirdim.Ya da təkcə Rufun ailəsinə ... Uzunmüddətli mübarizə sonrası Martin bacardı.Amma özün də öldürdü.Mən çox təsirinə düşmüşdüm kitabın... Onun ölümü gözümün önündə canlandı..Bir anlıq mən də boğulduğumu hiss elədim. Ən sevdiyim alıntı : Onun təzə dostları isə yoxdur və buna görə də yalnız kitablarla kifayətlənirdi. Martin mərd idi.Ruhdan düşmürdü.Ona baxanda özümü görürdüm.Həyat daima zərbə endirsə də, yenə də özündə güc toplayır.Onu savadsız sanan " ağıllı " zadəganlar söhbətlərinə heyran qalırdılar.Qalmalı idilər də, çünki yetim öz üzərində çalışırdı. Mən çox sevmişdim oxuyanda..
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,3bin okunma
Reklam
399 syf.
·
Puan vermedi
·
Beğendi
·
10 günde okudu
Kitabda toxunulan məsələlər insanı düşünməyə sövq edir . Nəticə hissə mənə çox təsir etdi . Kitab sevgi və məhrumiyyətdən, şöhrətdən , nə əvvəlki mühitinə qayıda nə də yeni düşdüyü burjuaziya mühitinə özünü aid hiss etməyən , sözün əsl mənasında boşluğa düşmüş ,onu əhatə edən onlarla insanın içində tənha qalmış Martindən söhbət açır . Aydın olur ki məsələ ətrafındakı insanların kəmiyyətində deyil. İnsan onu başa düşməyənlərin arasına tənhalaşır. Bundan əlavə, Cek London" insanı məhəbbət nə qədər dəyişə bilər ? " "Uğura gedən yolda nəticəyə yoxsa yola mı adaptasiya olmaq lazımdı ?" suallarına cavab verir . Hər birimizin müəyyən məqsədləri var ,amma o məqsədə gedən yolda həyatı , yaşamağı unutmaq lazım deyil. Burada şəxsi düşüncələrimi, çıxardığım nəticələri paylaşdım. Xoş mütaliələr.
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,3bin okunma
462 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Martin İden...Bu kəlmədə nələr yoxdu ki?! Bəzən insan kitabdakı obrazlara o qədər aşiq olur ki, kaş realda belə birisi olsaydı.Kaş ona yardım edə bilsəydim deyə düşünür...Kaş onunla danışa bilsəydim.Hətta susmağa da razı olursan onunla) Martin də mənim üçün belə obrazlardan biridir. Oxuduqca Martinlə bir olursan, nəfəsini, əzmini, sevgisinin gözəlliyini duyursan.Martin kimi sevmək, mənim ağlımda belə həkk olunub İden.Sənin kimi sevən varmı, Martin?!    "Oğlan filologiya sözünün mənasını bilmirdi". İlk öncə filologiya sözünün mənasını belə bilmir baş qəhrəmanımız.( amma...sonra, orasını kitabı oxuyanda görəcəksiz) Yoxsuldu ,amma qəlbi o qədər gözəldir ki...Ruf adlı zəngin ailənin qızına aşiq olur. Və hər şey bundan sonra başlayır. Çox təsirli romandı.Axıcılığına söz ola bilməz.Mütləq oxuyun. Möhtəşəm romandı.
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,3bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.