Gönderi

796 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Stiven Kinq - Parıltı
Stiven Kinqdən oxuduğum ilk kitab "Yaşıl Yol" olmuşdu. Ancaq Qanun nəşriyyatının tərcüməsi əsəri rəsmən məhv etmişdi. Buna görə də kitabı yarıda qoymuşdum, halbuki mənim üçün kitabları yarıda qoymaq çox çətin olur həmişə. Nə zamansa da tamamlamaq istəyib oxusam, türkcə başdan oxuyacam, yəqin ki. Çox şükür ki, Kinqin "Parıltı" kitabı Teas Press nəşriyyatının tərcüməsidir. Teas Press nəşriyyatından daha öncə Cey Eşerin "Ölmək üçün 13 səbəb" kitabını oxumuşdum və bu insanlar həqiqətən, öz işlərini bacarırlar. Buna görə bu kitabın da gözəl tərcümə edildiyinə şübhəm yox idi və elə də oldu. Öncəliklə, kitab haqqında qısa bir məlumat verim. Kitabın orijinal adı "The Shining"dir. 1977-ci ildə nəşr olunmuş, 2013-cü ildə isə davam kitabı "Doctor Sleep" yazılmışdır. Bizim dilə, bildiyim qədərilə sadəcə ilk kitab tərcümə olunub. Türkcə isə hər iki kitab tərcümə olunmuşdur. Bu arada kiçik bir qeyd; türklər "The Shining" kitabının adını "Medyum" deyə tərcümə ediblər. (Bəli, bəli, məncə də, çox dəxlisizdir. Əsərin baş qəhrəmanının telepatiya gücünün olması əsərin adını bu cür dəyişməyə əsas vermir) İndi isə keçək mövzuya. İstəmədən də olsa, mövzu haqqında spoi verə bilərəm. Bunu nəzərə alaraq oxuyun. Cek Toransın yaşadığı uğursuz bir hadisədən sonra dostu ona Overluk hotelində iş tapır. Cek buraya həyat yoldaşı Uendi və 5 yaşlı oğlu Deniel ilə gəlir, onlar bütün qışı burada keçirməli, Cek hotelə nəzarət etməlidir. Lakin hotelə nəzarət etmək o qədər də asan deyildir. Çünki hotelin əsrarəngiz keçmişi vardır. Denielə isə hələ əvvəldən hotellə bağlı keçirdiyi narahatlıqlara rəğmən qulaq asan olmur. Və sonra... Məncə, mövzu haqda bu qədərini bilməyiniz kifayətdir. Kitabın ilk yarısında obrazların düşüncələrinə, xarakterik təhlilinə çox yer verilib və əslində bu, mənim əksərən (alındırılanda) sevdiyim bir şeydir. Belə olduqda onlarla daha rahat empatiya qura bilirəm. Lakin yenə də bu, bir çox insanı sıxa bilən bir məqam ola biləcəyi üçün, əvvəlcədən qeyd etmək istədim. Kinq, obrazlarda baş verən fiziki və psixoloji dəyişiklikləri ustalıqla təsvir edir. Oxuduğum ilk qorxu romanı idi və Kinqdən - bu işin ustasından oxuduğum üçün şadam, doğrusu. Kim bilir, bəlkə, bir gün bu janrda əsərlər üçün Vulf Dorn, Sebastian Fitzekə də göz ataram, amma indilik Kinqin digər əsərləri cəlb edir daha çox. Kitabda bəzi yerlərdə azacıq qorxub, bir azcıq da gərilib (bəli, bəli, bir azcıq) gözlərimi qapadığım da oldu. Sanki kitabı oxumurdum, bir film kimi izləyirdim. Ah, ah, kaş kitab əsasında çəkilmiş film də mənim "izlədiyim" o film kimi olaydı. Ancaq filmdə rouk çəkici yerinə bita (türkcə: beysbol sopası) işlədildiyini öyrəndiyim an izləməkdən vaz keçdim. Kubriklə Kinq boşuna düşmən olmayıb bu filmə görə, Kinqin sona kimi haqqı var. Bu arada ikinci bir qeyd daha; türklər film adını da dəxlisiz tərcümə ediblər - "Cinnet". Niyə də, niyə? Bu tərcüməçiləri heç anlamayacam. Bu qədər. Ümumən sevdiyim əsər idi. Əsəri zatən maraqla oxuyurdum, ikinci yarısında o qədər sürətlə oxudum ki, əsər bitəndə baxdım ki bircə dənə alıntı götürə bilmişəm. Qorxu janrında kitab oxumaq istəyirsinizsə, bu kitaba şans verin, məncə. Sağ olun, kitabla qalın ♡
Parıltı
ParıltıStephen King · Yay Nəşriyyatı · 20186bin okunma
··
402 görüntüleme
Yusif əhmədzadə okurunun profil resmi
Salam kitabın türkcəsini oxumusussa deyə biləsinizmi kitabın mövsüsu eynidirmi Azərbaycan versiyası ilə çünki səyfə fərqi coxdu.Mən türk versiyasını oxumusaç 485 səhəfidir bu 796 məsafə çoxdur gərən türklər kitabı ixtisar etmiyib.Adı biraz şüphələndirir Medyum
1 önceki yanıtı göster
İnci Zadə okurunun profil resmi
Salam, eynidir. Azərbaycanca oxumuşam, amma müqayisə də etmişəm. Sadəcə türklərin şrifti daha balaca, kitabı daha böyükdür, bizdə isə şrift daha iri, kitab daha kiçikdir.
Aytac Aslanlı okurunun profil resmi
Salam. Qorxulu kitabdı yoxsa sadəcə həyəcanlı?
İnci Zadə okurunun profil resmi
İkisi də deyərdim, amma gərilim ön plandadır.
4 sonraki yanıtı göster
Tinuviel okurunun profil resmi
Çox keyifle oxuduğum bir şərh oldu🤩 Və xüsusən filmlə bağlı yeni detallar öyrənmək sevindirdi, məşhur Cinnet filminin bu kitabın uyarlaması olduğunu heç bilmirdim. Haqlısan, əksər türk tərcüməçilər həm filmi, həm əsəri çox absürd çevirirlər. Və Kubriklə düşmənlikləri də maraqlı detal idi) Rovlinq sırf belə məsələlərə görə bir yapımcıdan vaz keçir, lahiyənin həm kastinqində, həm ssenari yazılışında, həm çəkilişində iştirak edir. Düzdü, yenə də filmlərdə kitaba uymayan, əksik qalan detallar çoxdu, amma nəysə😂 Parıltıya qayıtsaq, kitabı sevmənə çox çox sevindim. King mənim üçün dəyərli yazıçıdır. Kitabı səndən alıb oxuyacağım zamanı səbrsizliklə gözləyirəm. Xoş oxumalar♡
İnci Zadə okurunun profil resmi
Yav, film həmişə bütün kitabı əks etdirə bilməz zatən. Amma əsas məqamları da dəyişmək çox qıcıqlandırıcı haldı, ciddən. Rouk çəkici kitabın simvoluna çevrilmişdi mənim üçün. Bu, kitabda bir yerdə olan məqam deyildi, kitabdakı əsas hadisələr, Denielin qabaqcadan gördüyü hadisələr - hamsında bu alət, bu oyundan bəhs olunurdu. Sadəcə bu detal belə Kinqi çilədən çıxarmaq üçün kifayətdir. Başqa bir şərhdə yazılmışdı ki, Kubrik sanki bilərəkdən Kinqin imzasını silməyə çalışıb, öz imzasını qoyub. Film özlüyündə uğurludur, ancaq kitabı oxuyan heç kəs bəyənməz məncə. Çünki oxuduğun kitabı filmdə tapa bilməmək məyus edir 🙁 Və bu arada kitablarımızı dəyişəcəyimiz gün üçün mən də səbirsizlənirəm 🥺 İnşallah, ən tez zamanda bunu edərik. Son olaraq, sənə də xoş mütaliələr ☆
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.