Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

344 syf.
7/10 puan verdi
·
6 günde okudu
Əvvəla, onu qeyd edim ki, lap çoxdan kitabın adı diqqətimi cəlb etmişdi. Düzünü desəm, belə olacağını düşünmürdüm, daha fərqli məzmuna malik olduğunu təxmin edirdim... Müəllif Kabildə kitab dükanı olan Sultan Xan adlı bir şəxsin evində uzun müddət yaşayır, onun, ailə üzvlərinin həyatı haqqında, eləcə də ümumi olaraq keçən əsrdə Əfqanıstanda baş verən siyasi hadisələr və bunun sadə xalqa təsirindən danışır. Sultan Xan özü ziddiyyətli obrazdır: o, ölkəsinin inkişafını, qadınların nazir olaraq çalışmalarını belə arzulayır, lakin "ailədə avtoritar bir patriarx" kimi çıxış edir, oğlanlarının, digər ailə üzvlərinin düşüncəsi onu maraqlandırmır. Ümumiyyətlə, haqqında danışılan, demək olar ki, bütün obrazlar ziddiyyətli xarakteri ilə seçilir... Mənə ən çox Leylanın, bir də dülgər Cəlaləddinin başına gələnlər təsir göstərdi. Leyla adətlərə görə ona aşiq olan birinin əvəzinə başqasına verilir. Cəlaləddin isə bir vaxtlar Sultanın dükanında usta kimi işləmiş, lakin kasıblığın ucbatından halalına haram qataraq oradan oğurluq edən yazıq biri idi... Sultan onu bağışlaya bilərdi, çünki Cəlaləddin həqiqətən kasıb idi, amma bunu etmədi, ustanı həbsə saldırdı...Bu da Sultana nifrətimi artırdı... Kitab axıcı və maraqlı idi. Niyəsə bəzi yerlərdə müəllifin məsələlərə Qərb təfəkkürü ilə yanaşdığını hiss edirdim. Beləliklə, dərhal, vacib oxunmalı bir kitab olmadığını qeyd etmək istəyirəm. Fikrimcə, "Və dağlardan səda gəldi" və ya "Mənim payım" kimi mənə eyni hisləri yaşadan kitablar daha qüvvətli idi.
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020174 okunma
·
198 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.