Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

88 syf.
10/10 puan verdi
·
Beğendi
"Eristic Dialectic" ilk dəfə alman filosofu Şopenhauer tərəfindən elmə gətirildi. Ümumiyyətlə, məğz etibarı ilə haqlı və ya haqsız olsan da, mübahisə sonunda haqlı çıxmağı dəstəkləyən bir mövcudluqdur. Şopenhauerə görə bu bəzi qızıl qaydalara söykənmişdir, hansı ki, həmin qaydaları kitab əsnasında görmək mümkündür. Ən önəmlisi isə qarşımızda qoyulan mübahisədən daha çox, insana diqqət edilməli. Belə ki, əgər cahil biri ilə hər hansı mövzuda mübahisə başlatmağı düşünürüksə, ən böyük yanlış edirik. Çünki, sənin irəli sürəcəyin istənilən fikirdən bixəbər olan biri ilə absurd vaxt itirmək də ağılsızlıq olar. ''Görüşdüyünüz ilk insanla mübahisə etməyin; yalnız yaxşı tanıdıqlarınızla mübahisə edin, absurd şeyləri müdafiə etməyəcək qədər başa düşdüyünüz və utanacaq vəziyyətlərə düşməyəcəyiniz; avtoritetin dediklərinə görə deyil, səbəblərə əsaslanaraq mübahisəni bilənlərlə; dinləyən və təqdim olunan səbəbləri nəzərdən keçirənlərlə; və nəhayət, həqiqəti qiymətləndirən, qarşı tərəf xoşbəxt olsa da əsaslı səbəbləri dinləyən və qarşı tərəf həqiqəti söyləyəndə, yəni səhv etdikdə həzm edəcək qədər ədalət hissinə sahib olanlarla mübahisə edin. Yəni yüz nəfər arasında mübahisəyə layiq bir nəfər belə çətin olacaq. Qalanları istədikləri şey haqqında danışsınlar, çünki , ağılsızlıq bir insan haqqıdır ''
Eristik Diyalektik
Eristik DiyalektikArthur Schopenhauer · Sel Yayıncılık · 20112,441 okunma
·
23 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.