Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

163 syf.
7/10 puan verdi
İlk oxuduğum kitabdır və ədəbiyyatı sevməyimə səbəb olan. Amma zaman keçdikcə istəmsizcə artıq "Kürk mantolu madonna" daha doğrusu Səbahattin Əli qələmini, üslubunu qınamağa başlayıram. Yazarın demək olar bütün əsərləri insanın daxilindəki zərif tellərə toxunur çox axıcı və həyati yazılıb. Amma niyə demək olar əksər əsərlərində bu qədər aciz qılır insanları, çarəsiz, iztirablarla dolu bir müddətlik duyğu ilə bir ömür yaşamasını ən əsası isə anlaşılmamağı. Əsərə dönüncə Raif əfəndinin həyatından bəhs edilir. Qadın obrazımız isə Mariadır. Əsəri oxuduqca bu iki obrazı yaxınlaşdıran əsas səbəbi anlamağa çalışdım. Maria nə qədər həyat dolu, rəngarəng göstərilsə də daxilində köklərindən koparılmış hiss edirdi, bütün insanların içində yalnız hiss edirdi özünü tamamlanmamış. Bəlkə də Raif əfəndi də tabloya ilk baxanda Mariada o tərəfini gördü eyni yaranı. Onlar bir-birilərində tamamlandılar. Sevgiləri də çox özəl yalnız onlara məxsus idi. Lakin Raif əfəndinin acizliyi içindəki məən egosuna qalib gələ bilməməsi, hətta, yeganə əmanətinə sahib çıxmaması insan niyə bu qədər aciz olsun? Yazar bütün bunların müqavilində həyat tərəfindən əzilən, hər gün ailəsi üçün işləyən və bu əməyinin də görülməməsi, bir sağ ol bir yana, hətta, borcu imiş kimi bizə göstərilməsi insanı çilədən çıxarır. Buradan belə çıxır ki, bir şeyi mütəmadiyən ediriksə o bizim vəzifə borcumuz olur? Əsərdə Raif əfəndinin evləndiyi qadın haqqında az təsəvvür yaradılıb. Ancaq ona edilən bu haqsızlığa qarşı nə hiss etdiyini bilmək istərdim. Cismi onunla ruhu başqa yerdə olan bir adamla necə sevilmədən yaşlandığını. Əsərdən belə nəticə də çıxarmaq olar həyat insana daima yaxşı davranmır. Sevgi kimi böyük mükafat veribsə ona sahib çıxmalı. Raif Əfəndi gecikmişlərdən oldu və bu həyatda gecikmişliyin çarəsi yoxdur. Bəlkə də o hisslərinə, sevgisinə sahib çıxsaydı daha çox həyatda yaşamaqçün səbəbləri olardı hə ədəbiyyatda bir "Raif Əfəndi" olmazdı. Amma varsın olmasın. Xoş mütaliyələr. “Çocuklarım oldu... Onları sevdim, fakat hayatta kaybetmiş olduğum şeyi bana asla veremeyeceklerini bile bile...”
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2021315,8bin okunma
··
136 görüntüleme
Cərulla Heydər okurunun profil resmi
Qızına sahib çıxsaydı əsərin sonunda göz yaşlarımıza hakim olardığ. Əsər duyğusal yazılıbsa Raif əfəndi olmalıdı ədəbiyyatda
Turanə okurunun profil resmi
Hə, ancaq sahib çıxsaydı daxilən özünü bağışlayan bir Raif əfəndi olardı.
2 sonraki yanıtı göster
Doğavekitap okurunun profil resmi
Ben de okudum ve yorumladım. #kitapseverlertakiplesiyor #dogavekitap #dogavekitapankara dogavekitap.wordpress.com/2022/03/15/kurk...
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.