Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
·
Puan vermedi
·
Beğendi
·
30 saatte okudu
Belə... Bu kitabı oxumaq haqqında düşünürdüm və dedim baxım,görüm oxuyanlar bu haqda nə söyləyiblər. Və gördümki heç kəs inceləməyib kitabı və qərara gəldimki ilk incələyəcəyim kitab elə "Ən" olsun. Birinci onu deyim ki,kitab çox,çox,çox xoşuma gəldi. Hələ əgər sevgi haqqında kitabları çox oxuyursunuzsa,iki qat sevəcəksiniz. Kitab Qəmər adlı universitetə təzə qəbul olmuş qızın həyatında bəhs edir. İlk bölümlərdə Qəmərin ailəsindəki sarsıntılar,valideyinləri ilə arasındakı uçurumlar göstərilir. Amma bu sarsıntı sonradan zəlzələyə çevrilir və bu nöqtədə də Qəmərin universitet həyatı başlayır. Yeni aldığı zərbələr Qəməri incidir. Amma atası axır ki onunla əsl ata kimi davranmaq qərarına gəlir. Hər şey öz axarı ilə gedərkən Qəmər yeni bir sevgi hissinə qapılır. Amma bu sizin öyrəşdiyiniz,mənimsədiyiniz bir sevgi hekayəsi deyil. Bu sevgidə Qəmər və Kənanmı qalib gəlir,yoxsa "camaat" mı? Qəmər hansı yolu seçir? Nə qərara gəlir?Bunu demək istəmirəm. Və sizin marağınız üçün öz öhdənizə buraxıram. Kitabda cəmiyyətin ön yarğısının,hər yalana inanıb insanlara mənən zərər verməsi mənim fikrimcə gözəl vurğulanıb. Yazar özü də qeyd edib kitab həqiqi həyata əsaslanaraq yazılıb. Yəni bu oxuduqlarımı biri yaşayıb deyə düşünəndə çox pis oluram.
Ən
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016226 okunma
·
889 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.