Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

288 syf.
6/10 puan verdi
Mən xoşbəxt bir kəpənəyəm, Yaşasam da, ölsəm də.. İnsanlara inanan, pisliyin nə olduğunu bilməyən, səmimi qəlbli Arturun qəddar, kinli, insanları sevməyən Ovoda çevrilməsi hekayəsi. Əsər 19-cu əsrin 30-cu illərində italyanların Avstriya imperiyasına üsyani zamanı cərəyan edir. Arturun ən yaxınlarından aldığı zərbələr onun həyatının tamamilə dəyişməsinə gətirib çıxarır. Yaşadığı çətin həyat şəraiti, oxuduqca insanda dərin izlər buraxır. Bir müddət sonra isə o, Ovod təxəllüsü ilə yazılar yazan vətəni uğrunda canından keçən Feliçe Rivaresə çevrilir. Əslinə qalsa o nə qədər xəyanətlərə uğrasa da daim sirr kimi saxladığı 2 insanı sevməkdən heç vaxt əl çəkmir. Sadəcə olaraq kini bu sevgisinə üstün gəlir. Onları bağışlaya bilmir. Mənə ən təsir edən hissəsi isə daim Ovoddan bir etiraf gözləsəm də, bu etirafın hər şey üçün artıq gec olduğu zaman gəlməsi oldu. Kitabı oxuduqca insanda istər istəməz hər rola qarşı bir kin duyulur. Hətta bəlkə də, ən çox Ovoda qarşı. Məsələ daxili zülmətdədir: orada nə ağlamaq, nə diş qıcırtması var, ancaq susmaq... susmaq...
Ovod
OvodEthel Lilian Voynich · Şərq-Qərb Nəşriyyatı · 20061,845 okunma
··
446 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.