Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

344 syf.
7/10 puan verdi
·
4 günde okudu
Oxuduğum əsərlərdə insanın özündən asılı olmayan səbəblərdən düşdüyü vəziyyətlərə nə cürə sinə gərdiyi daha çox diqqətimi çəkib. Çünki günümüzdə daima hər şeyin insanın əlində olduğu təbliğ olunur, nəsə düz gətirmirsə mütləq o bizim bacarıqsızlığımız imiş kimi davranılır. Bəlkə də mənim Allaha dərin inancımdan irəli gəlir, bilmirəm, mən həmişə insanın öz əzmi ilə yanaşı Allahın da insana bəxş etdiyinə inanmışam. Yarımçıq qalan Zweig romanlarından biri olan Değişim Rüzgarı və ya digər adı ilə - Postacı Kız yoxsulluqla boğuşan insanların həyatından bəhs edir. Yoxsulluq onların öz seçimi deyil, sadəcə içinə doğulduqları vəziyyət bu həddə çatdırıb. Hər Stefan Zweig əsəri bitirəndə ona heyranlığım bir daha qabarır. Çünki onun obrazlarının hər çarəsizliyini, sevincini uşaq kimi içimdə hiss edirəm. Yazıçılar yazdığı əsərlərdə obrazlarına və hekayələrinə mütləq özlərindən nəsə qatırlar, Stefanın digər əsərlərində olduğu kimi burda da müharibələrin insanı nə həddə çatdırdığı məni kədərləndirdi. Bir müharibəni görmədən dəhşətini özümlə daşıyarkən ikincini yaşayan mən belə bu yaşımda dəyişdirə bilməyəcəklərimi düşünəndə boğulacaq kimi oluram. Stefanın sonu gözləməyə niyə gücünün çatmadığını yenidən və yenidən daha yaxşı anlayıram.. Əsərin məzmunu mənə Dostoyevskinin Yoxsul İnsanlar (İnsancıklar) romanını xatırlatdı. Lakin Dostoyevskidən fərqli olaraq Stefan qəhrəmanları mübarizə aparmağa daha istəklidir və əsas vurğulanmaq istənən şey eşq deyil, cəmiyyətin sosial dəyərləri, insanları kateqoriyalara görə necə qiymətləndirməsi, kübar görünən insanların pulu ilə özlərinə varlıqla bərabər özgüvən satın almasıdır və ən əsası da, bir insanın atdığı addımlarla digərini istər bilərək, istərsə də bilməyərək həyatını məhv etməyə necə yaxın olmasıdır. Hətta əsərdə bir hissə var idi, axşam bahalı paltarda hər kəsin heyran olduğu qadın səhər köhnə köynəklə oteldən çıxmağa çalışanda onu oğru zənn edirlər, halbuki 5-10 saat öncə o hər kəsin aşiq olduğu qadın idi. Tövsiyəyə gəldikdə, dünyada milyonlarla kitab var və əlinizə nə keçdisə yox, yalnız sizə fayda qatacaq və xüsusi dəyərləri hiss etdirəcək kitabları oxumalısınız. Stefan Zweig mənim ən sevdiyim yazıçıdır, odur ki, onun yarımçıq da olsa hansısa əsərini oxumaq mənə çox xoşdur və özüm üçün nəticə çıxardığım xeyli nüans var. Lakin eynisini sizin üçün deyə bilməyəcəm, düzdür nəşriyyatçısı olduqca məntiqli şəkildə yekun vurub əsərə, Stefan qələminə bələd olmayan birinin əsərin yarımçıq qaldığını hiss etməsi demək olar mümkünsüzdür. Hətta deyərdim ki, yarımçı qalan digər romanı Clarissa'dan fərqli olaraq bu daha yaxşı tamamlanıb, amma yenə də, oxumadan öncə bunu nəzərə alın istəyirəm.
Stefan Zweig
Stefan Zweig
Değişim Rüzgarı
Değişim Rüzgarı
Değişim Rüzgarı
Değişim RüzgarıStefan Zweig · Can Yayınları · 2018818 okunma
·
573 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.