Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Aysel

Reklam
Aysel
Bir kitabı okumaya başladı
İnsan İnsana
İnsan İnsanaDoğan Cüceloğlu
8.4/10 · 6,8bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
196 syf.
7/10 puan verdi
·
5 günde okudu
Hər kəsin beynində badam formasında olan və amiqdala adlanan bölgə beynin emosional mərkəzi hesab olunur. Belə ki, emosional hafizəmiz və hadisələrə verməli olduğumuz reaksiyalarımız beyinin bu hissəsində formalaşır. Amiqdalanın inkişaf etməməsiylə yaranan - aleksitimiya (emosional korluq) problemi olan uşağın həyatından bəhs edən romana müəllifin badam adı verməsinin səbəbi də budur: "İçimdə badam var. Səndə də var. Sevdiklərimizdə, nifrət etdiklərimizdə də var. Lakin heç kəs onu hiss etmir. Sadəcə, hər kəs bilir ki, badam var" Yuncenin hissiyatsız olaraq başladığı həyatında duyğular nənəsi və anasının səyləri ilə hiss edilərək deyil, ev tapşırığı kimi əzbərlədilərək öyrədilib. Lakin bir müddətdən sonra Yuncenin həyatında baş verən faciə onu tək qoyur və o nəinki bu faciəyə, eləcə də bundan sonrakı qarşılaşdığı bütün mənfi hadisələrə də emosional olaraq cavab vermək iqtidarında olmadığından insanlar onda problem olduğunu anlayır. Beləcə yeniyetmə Yuncenin həyatına daxil olan yeni insanlar ona həm hiss etməyi öyrədir, həm də onun hissiyatsızlığının müqabilində öz hisslərini müşahidə edərək öyrənir. Müəllif hisslərin insan həyatındakı əhəmiyyətini və hər insanın pis və yaxşı tərəfləri arasındakı incə cizgini olduqca sadə şəkildə oxucuya çatdırır. Bu roman daha mürəkkəb və detallı işlənərək yazıla bilərdimi? Bəli. Amma gərək varmı? Məncə, xeyr. Uşaq vaxtı oxuduğumuz bəsit nağıllardan çıxardığımız dərslər misalı bu cür romanlar da insanları düşünməyə sövq edir və oxumanı zövqlü edir.
Badam
BadamWon-pyung Sohn · Strauss · 20231,976 okunma
130 syf.
7/10 puan verdi
·
4 günde okudu
Sərgüzəşt - türk ədəbiyyatının klassiklərindən hesab edilir. Romanın mövzusu isə dövrünə görə olduqca cəsarətlidir, Osmanlı imperiyası dövründə əsir düşmüş qafqazlı qızın taleyindən bəhs olunur. Romanın yazılmasına ilham verən isə müəllifin anasıdır deyə bilərik - o da zamanında Qafqazdan əsir gətirilmişdir. Müəllifin üslubunu, hekayənin gedişatını çox bəyəndim. Tək bəyənmədiyim şey müəllifin çoxlu təsvirdən istifadə etməsi oldu, məsələn 5 sözlük cümləni hər ifadə etdiyi sözə əlavə olunan təsvirlərlə 10-15 sözlük cümləyə çevrirmişdi, bu zaman-zaman oxumanı çətinləşdirirdi, ya da mənim türkcəm yetmirdi uzun cümlələri anlamağa.
Sergüzeşt
SergüzeştSamipaşazade Sezai · İletişim Yayınları · 202245,7bin okunma
Reklam
412 syf.
8/10 puan verdi
·
170 günde okudu
Memar Elçin Əliyevin oğlu Naib Əlizadə ilə hazırladığı kitab əsasən uşaqlar üçün nəzərdə tutulub. Binaların tarixi, memarlıq xüsusiyyətləri və hazırki vəziyyəti ilə bağlı məlumat verilib. Amma kitabın içində təsvirlər, çapın keyfiyyəti nəfisdir, hər azərbaycanlının kitabxanasında olmalıdır məncə.
Sehirli Abidələr
Sehirli AbidələrElçin Əliyev · 3 Alma · 20211 okunma
376 syf.
6/10 puan verdi
·
5 günde okudu
Qaraqan bir yazıçıdan çox reper kimi maraqlı olub mənə, bu səbəbdən bütün əsərlərini oxumamışam. Amma bu romanını oxuyarkən sanki "A" romanını təkrar oxuyurmuş kimi hiss etdim, lakin təkmilləşdirilmiş şəkildə. Cəmiyyətə qarşı üsyan, pessimizim, daxilində özünlə mübarizə bu əsərinin də əsas süjet xəttiycə davam edirdi. Qaraqan Sartre kimi
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019645 okunma
250 syf.
5/10 puan verdi
·
9 günde okudu
Valideynləri Ukrayna yəhudisi olan, alman dilində yazıb yaradan, Bakıda doğulub böyüyən və İtaliyada ömrünü başa vuran Qurban Səidin həyatına aid ciddi bir araşdırma oxumuşdum yaxın günlərdə. Qurban Səidin həyatı ilə yaxından tanış olan biri üçün bu əsərdə həyatından izlər tapmaq çox asandır, Berlində türkologiya tədqiqatı aparmaq, Osmanlı tarixi ilə maraqlanmaq, Şərq mədəniyyətini dərindən mənimsəməyə çalışmaq - bunlar əslində kitabımızın qəhrəmanı Asiadeh kimliyinə bürünmüş Qurban Səidin özüdür. Təsadüfi deyil ki, öz yəhudi kimliyindən qurtulmaq üçün Lev adından imtina edərək Qurban Səid adını götürmüş və həmişə özünü şərqdən biri olaraq hesab etmişdir. Əsərdə isə çatışmayan şeylər o qədər çox idi ki, əsərdən çox sanki Qurban Səidin beynindəki fikirləri oxuyurdum, qəhrəmanların heç biri ilə yaxınlıq qura bilmədim. Bəzi dialoqlar sanki az-maz daxili dünyalarını anlamaq üçün yol kimi görünsə də, növbəti hissədə hər şey başa dönürdü. Baş qəhrəman mütəmadi olaraq şərqi xatırlayır, öz adət-ənənələri üçün yaşamağa çalışır və sonda da yolunu o cür seçir. Qurban Səidin şərq və qərb arasındakı fərqi izah etmək üslubu kobud idi, əsas problem bundadır. Əlbəttə ki, indi oturub şərq-qərb müqayisəsinə baxmaq daha rahat gəlir insana, çox şey dəyişərək bir-birinə yaxınlaşıb, amma müəllif də şərqin və qərbin insanını fərqləndirmək üçün çox ifrat nöqtələrə toxunub, zənnimcə, çox insan həyatını elə pik nöqtələrdə yaşamır. Bu səbəbdən roman sürreal ovqata bürünmüşdü.
Qızıl Buynuzdan Olan Qız
Qızıl Buynuzdan Olan QızKurban Said · Qanun Nəşriyyatı · 201865 okunma
822 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.