Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aysel

192 syf.
7/10 puan verdi
Kitabda müəllifin Ermənistan, Türkiyə, İraq və İran, o cümlədən Naxçıvan, eləcə də Naxçıvanın Baş Noraşen (indiki Cəlilkənd) ərazisini də əhatə edən səyahətnaməsi, Birinci Dünya müharibəsinin bitməsi və imperiyaların dağılmaqla üz-üzə qaldığı periodda baş verənlərə münasibəti, insanların yaşayışı və yerli əhalinin hadisələr haqqında fikirləri öz əksini tapıb.
Doğu Ekspresi
Doğu EkspresiJohn Dos Passos · İletişim Yayıncılık · 201664 okunma
Reklam
312 syf.
8/10 puan verdi
·
14 günde okudu
Müəllifin oxuduğum 3-cü və ən bəyəndiyim kitabı oldu. Cücelioğlu ümumiyyətlə kitablarında izahların lakonikliyinə və hər kəs tərəfindən anlaşıqlı olmasına diqqət edən psixoloqdur, bu kitabında olduqca ağır mövzuları sadə üslubda terminologiyaya baş vurmadan izah etməsi heyran etdi. Psixoloji kitablarda oxuyucu üçün praktiki testlər və yönləndirmələr verilməsi bir kitabı digərlərindən üstün qılır, bu kitabı mənə çox sevdirən və düşündürən bu oldu: Müəllif problemli məsələləri nəinki tək-tək izah edir, hətta əlavə olaraq misal çəkib təcrübədən keçirməyimiz üçün istiqamət verir. Cəmiyyətdə ünsiyyət qurmağın önəmi, ünsiyyətin ümumilikdə nə demək olduğu, maskalar altında qurulan əlaqələr və mübahisə etmə mədəniyyətini ətraflı şəkildə izah edən, oxuyucuya doyurucu izahlar verən və düşündürən bir kitabdır, hər kəsə tövsiyəmdir.
İnsan İnsana
İnsan İnsanaDoğan Cüceloğlu · Kronik Kitap · 20236,8bin okunma
196 syf.
7/10 puan verdi
·
5 günde okudu
Hər kəsin beynində badam formasında olan və amiqdala adlanan bölgə beynin emosional mərkəzi hesab olunur. Belə ki, emosional hafizəmiz və hadisələrə verməli olduğumuz reaksiyalarımız beyinin bu hissəsində formalaşır. Amiqdalanın inkişaf etməməsiylə yaranan - aleksitimiya (emosional korluq) problemi olan uşağın həyatından bəhs edən romana müəllifin badam adı verməsinin səbəbi də budur: "İçimdə badam var. Səndə də var. Sevdiklərimizdə, nifrət etdiklərimizdə də var. Lakin heç kəs onu hiss etmir. Sadəcə, hər kəs bilir ki, badam var" Yuncenin hissiyatsız olaraq başladığı həyatında duyğular nənəsi və anasının səyləri ilə hiss edilərək deyil, ev tapşırığı kimi əzbərlədilərək öyrədilib. Lakin bir müddətdən sonra Yuncenin həyatında baş verən faciə onu tək qoyur və o nəinki bu faciəyə, eləcə də bundan sonrakı qarşılaşdığı bütün mənfi hadisələrə də emosional olaraq cavab vermək iqtidarında olmadığından insanlar onda problem olduğunu anlayır. Beləcə yeniyetmə Yuncenin həyatına daxil olan yeni insanlar ona həm hiss etməyi öyrədir, həm də onun hissiyatsızlığının müqabilində öz hisslərini müşahidə edərək öyrənir. Müəllif hisslərin insan həyatındakı əhəmiyyətini və hər insanın pis və yaxşı tərəfləri arasındakı incə cizgini olduqca sadə şəkildə oxucuya çatdırır. Bu roman daha mürəkkəb və detallı işlənərək yazıla bilərdimi? Bəli. Amma gərək varmı? Məncə, xeyr. Uşaq vaxtı oxuduğumuz bəsit nağıllardan çıxardığımız dərslər misalı bu cür romanlar da insanları düşünməyə sövq edir və oxumanı zövqlü edir.
Badam
BadamWon-pyung Sohn · Strauss · 20231,995 okunma

Okur Takip Önerileri

Tümünü Gör
130 syf.
7/10 puan verdi
·
4 günde okudu
Sərgüzəşt - türk ədəbiyyatının klassiklərindən hesab edilir. Romanın mövzusu isə dövrünə görə olduqca cəsarətlidir, Osmanlı imperiyası dövründə əsir düşmüş qafqazlı qızın taleyindən bəhs olunur. Romanın yazılmasına ilham verən isə müəllifin anasıdır deyə bilərik - o da zamanında Qafqazdan əsir gətirilmişdir. Müəllifin üslubunu, hekayənin gedişatını çox bəyəndim. Tək bəyənmədiyim şey müəllifin çoxlu təsvirdən istifadə etməsi oldu, məsələn 5 sözlük cümləni hər ifadə etdiyi sözə əlavə olunan təsvirlərlə 10-15 sözlük cümləyə çevrirmişdi, bu zaman-zaman oxumanı çətinləşdirirdi, ya da mənim türkcəm yetmirdi uzun cümlələri anlamağa.
Sergüzeşt
SergüzeştSamipaşazade Sezai · İletişim Yayınları · 202245,9bin okunma
412 syf.
8/10 puan verdi
·
170 günde okudu
Memar Elçin Əliyevin oğlu Naib Əlizadə ilə hazırladığı kitab əsasən uşaqlar üçün nəzərdə tutulub. Binaların tarixi, memarlıq xüsusiyyətləri və hazırki vəziyyəti ilə bağlı məlumat verilib. Amma kitabın içində təsvirlər, çapın keyfiyyəti nəfisdir, hər azərbaycanlının kitabxanasında olmalıdır məncə.
Sehirli Abidələr
Sehirli AbidələrElçin Əliyev · 3 Alma · 20211 okunma
Reklam
376 syf.
6/10 puan verdi
·
5 günde okudu
Qaraqan bir yazıçıdan çox reper kimi maraqlı olub mənə, bu səbəbdən bütün əsərlərini oxumamışam. Amma bu romanını oxuyarkən sanki "A" romanını təkrar oxuyurmuş kimi hiss etdim, lakin təkmilləşdirilmiş şəkildə. Cəmiyyətə qarşı üsyan, pessimizim, daxilində özünlə mübarizə bu əsərinin də əsas süjet xəttiycə davam edirdi. Qaraqan Sartre kimi
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019650 okunma
250 syf.
5/10 puan verdi
·
9 günde okudu
Valideynləri Ukrayna yəhudisi olan, alman dilində yazıb yaradan, Bakıda doğulub böyüyən və İtaliyada ömrünü başa vuran Qurban Səidin həyatına aid ciddi bir araşdırma oxumuşdum yaxın günlərdə. Qurban Səidin həyatı ilə yaxından tanış olan biri üçün bu əsərdə həyatından izlər tapmaq çox asandır, Berlində türkologiya tədqiqatı aparmaq, Osmanlı tarixi ilə maraqlanmaq, Şərq mədəniyyətini dərindən mənimsəməyə çalışmaq - bunlar əslində kitabımızın qəhrəmanı Asiadeh kimliyinə bürünmüş Qurban Səidin özüdür. Təsadüfi deyil ki, öz yəhudi kimliyindən qurtulmaq üçün Lev adından imtina edərək Qurban Səid adını götürmüş və həmişə özünü şərqdən biri olaraq hesab etmişdir. Əsərdə isə çatışmayan şeylər o qədər çox idi ki, əsərdən çox sanki Qurban Səidin beynindəki fikirləri oxuyurdum, qəhrəmanların heç biri ilə yaxınlıq qura bilmədim. Bəzi dialoqlar sanki az-maz daxili dünyalarını anlamaq üçün yol kimi görünsə də, növbəti hissədə hər şey başa dönürdü. Baş qəhrəman mütəmadi olaraq şərqi xatırlayır, öz adət-ənənələri üçün yaşamağa çalışır və sonda da yolunu o cür seçir. Qurban Səidin şərq və qərb arasındakı fərqi izah etmək üslubu kobud idi, əsas problem bundadır. Əlbəttə ki, indi oturub şərq-qərb müqayisəsinə baxmaq daha rahat gəlir insana, çox şey dəyişərək bir-birinə yaxınlaşıb, amma müəllif də şərqin və qərbin insanını fərqləndirmək üçün çox ifrat nöqtələrə toxunub, zənnimcə, çox insan həyatını elə pik nöqtələrdə yaşamır. Bu səbəbdən roman sürreal ovqata bürünmüşdü.
Qızıl Buynuzdan Olan Qız
Qızıl Buynuzdan Olan QızKurban Said · Qanun Nəşriyyatı · 201866 okunma
288 syf.
5/10 puan verdi
·
8 günde okudu
Kitabı hansı gözlənti ilə oxuyacağınız önəmlidir. Əgər bir tarixçinin gəzdiyi ölkələr haqqında təəssüratları və gəzməyi tövsiyə etdiyi yerlər ümidi ilə başlayacaqsınızsa, təəssüf ki, o deyil. Ki mən də o niyətlə başlamışdım. Bu bir səyahətnamə deyil. Bu kitaba İlber Ortaylının nə vaxtsa tədbirinə qatıldığı ölkələr və həmin ölkələrdəki Türkiyə səfirliyi, Osmanlı idarəsində olubsa o barədə cüzi məlumat verdiyi, ortalara da bu günki dövürə aid bir-iki əlaqəli tarixi fakt sərpişdirdiyi toplu desək daha doğru olar.
İlber Ortaylı Seyahatnamesi
İlber Ortaylı Seyahatnamesiİlber Ortaylı · Kronik Kitap · 20184,076 okunma
500 syf.
6/10 puan verdi
·
8 günde okudu
İkinci dünya müharibəsi, müttəfiq alman və italyan əsgərlərinin gəldiyi yunan adası - Kefaloniya və həyatlarını həmişəlik dəyişəcəkləri yerli əhali. Romanın mövzusu maraqlı seçilib, müəllifin də üslubunu bəyəndim və əsəri də sıxılmadan oxudum. Müəllif müxtəlif millətlərin obrazını müvəffəqiyyətlə yaradıb, əsərin qəhrəmanları rəngarəng xarakterləri ilə seçilirlər. Tarixi hadisələrin fonunda nəyin necə və niyə olduğu oxuyucuya aydın olsun deyə müəllif tarixi faktları da ortaya nağılvari tərzdə sərpişdirib. Amma müəllif başladığı işi sonlara doğru sanki başqa istiqamətdə - bədbəxt yunan qadınlarının həyatı kimi yazıb. Müharibənin insan həyatına təsirləri əlbəttə ki, dağıdıcıdır, amma kitaba adını verdiyi qəhrəmanın həyatına yalnız sonda ötəri baxış atmaq kitabın bütün aurasını pozub. Eyni adda filmi də var, düşünürəm ki, film daha uğurlu alınıb, ssenaristlər kitabın sonluğunu filmdə dəyişdirərək daha maraqlı və başlanan hekayəyə uyğun tərzdə yekunlaşdırıblar.
Kapitan Korellinin Mandolinası
Kapitan Korellinin MandolinasıLouis de Bernieres · Yay Nəşriyyatı · 2017464 okunma
208 syf.
8/10 puan verdi
·
6 günde okudu
Müəllifdən oxuduğum ilk romandır, başlanğıc üçün doğru seçim olduğunu düşünürəm. Ishiguro erkən yaşlarda İngiltərəyə köçüb, böyüyüb və ingiliscə yazıb-yaratsa da, üslubundan yapon ənənələri hiss edilir. Bu romanı oxumaq uzun müddət xaotik vəziyyətin içində qaldıqdan sonra öz mənəvi aləmindəki cənnətə qovuşmağa bənzədi, bəxş etdiyi sakitlik hissi nəyə desən dəyərdi. Başqa uzun-uzun yazıb anın sehrini pozmaq istəmirəm. "İnsan oturup böyle olmasaydı nasıl olurdu diye ömür boyu kafa yoramaz. Çoğu insan kadar iyi, hatta belki daha da iyi şeylere sahip olduğunu fark edip şükretmeli"
Günden Kalanlar
Günden KalanlarKazuo Ishiguro · Yapı Kredi Yayınları · 20195,2bin okunma
Reklam
168 syf.
7/10 puan verdi
·
4 günde okudu
Başlanğıcda sevməyəcəyimi düşünərkən sonlara doğru özümə yaxın bir şeylər tapmaq, kədərlənmək. Bunu hər dəfə Annie Ernaux bacarır. Müəllifdən oxuduğum 3-cü kitabdır artıq, özünün isə ilk romanı imiş. Ömrünü kiçik alverlə məşğul olmağa sərf edən ailənin təhsil sayəsində yüksək cəmiyyətlərlə yolları kəsişən və hansına aid olduğunu anlamağa çalışan qızın daxilindəki mübarizəsini oxuyuruq. Həmişəki kimi səmimi olması kitaba bağlayır insanı. Elə ilk romanından müəllifin səmimiyyəti gələcəkdə uğurlu yazıçı olacağını hiss etdirir. Kasıb doğulmaq bizim seçimimiz deyil, amma kasıb ölmək bizim seçimimizdir deyirlər, bəs ya daxilində necə? Köklərinin aid olduğu yeri söküb atmaq mümkündür?
Boş Dolaplar
Boş DolaplarAnnie Ernaux · Can Yayınları · 20221,794 okunma
128 syf.
·
Puan vermedi
·
22 saatte okudu
Bundan öncə Türkiyənin "Yeditepe" nəşriyyatından çıxan "Doğuda Venedik Elçileri" kitabını oxuduqdan sonra kitabda dəfələrlə adı çəkilən, digər italyan səyyah Giosafat Barbaro'nun da səyahətnaməsini oxumaq olduqca zövqlü oldu. Həmyerlilərindən fərqli olaraq Barbaro'nun yazdıqları olduqca detallı idi və dövrün insanlarının yaşayış tərzini, Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlular dövlətini anlamaq üçün yaxşı izahlar verərək yazılmışdı. Ağaca lent bağlamaq, yasda ehsan verilməsi, müsəlmanlar arasında mövhümatçılıq kimi hələ də həyatımızda mövcud olan şeylərin 6 əsr bundan öncə də var olduğunu bilmək təəccübləndirdi. Səyyah bizə doğma olan - Bakı və Şamaxı haqqında da məlumat verib. Bu səyahətnamə əslində Uzun Həsənin bir hökmdar kimi xarakterinin anlaşılması üçün də əla mənbədir: qonaqlarına, əhalisinə davranışı, mədəniyyətə verdiyi önəm və s. "Kronik" nəşriyyatı çox əla iş çıxarıb, yer adlarını günümüzdəki ərazilər göstərilməklə verib ki, bu da oxucunu yormur, əlavə araşdırmağa ehtiyac olmur.
Doğu’ya Yolculuk
Doğu’ya YolculukGiosafat Barbaro · Kronik Kitap · 202223 okunma
152 syf.
8/10 puan verdi
·
3 günde okudu
Osmanlı - Ağqoyunlu / Səfəvilər imperiyaları arasındakı mübarizə başda Venesiya olmaqla - qərb ölkələrinin təkidi ilə daha da dərinləşmişdir, bu baxımdan dövrə aid səyahətnamələri, qeydləri oxumaq diqqətə dəyər məlumatlar verir. O dövrlərdə bu imperiyalara səyahət etmək olduqca təhlükəli olduğundan, italyan elçilərinin bu missiyanı qəbul etməsi və
Doğu'da Venedik Elçileri
Doğu'da Venedik ElçileriCaterino Zeno · Yeditepe Yayınevi · 201623 okunma
356 syf.
7/10 puan verdi
·
36 günde okudu
Əşyalara, “səliqə” anlayışına və bunun hisslərimizə təsirinin el arasında bildiyimiz qaydalarını kitaba əks olunmuş şəkildə oxudum. Yenidən xatırlamaq daha diqqətli yanaşmağıma kömək etdi. Xüsusilə ətrafdan, evdən bezəndə adamın ağlına min cürə yenilik etmək gəlir, oxuyanda əskik olan şeyin nə olduğunu anlayırsan. Yaponların minimalistliyinə və səliqə anlayışına heyranam. Bu arada kitabdan dəyərli məlumat öyrəndim, yaponların bu qədər səliqəli olmaqlarının, hətta yerə düşən tək düyünün belə hesabını tutmaqlarının sirri “800 000 allah” qaydasına görə imiş. Belə ki, yaponlara görə təkcə təbiətdə yox, bütün əşyalarımızda, hətta ərzaqlarımızda belə allah gizlənib, bu səbəbdən onlara ehtiramla, sevərək yanaşmaq lazımdır. Bu bizim “şükür içində olmaq, hər şeyə şükür etmək” anlayışımıza uyğun gəlir.
Evini Də Sahmana Sal, Həyatını Da
Evini Də Sahmana Sal, Həyatını DaMarie Kondo (Konmari) · Teas Press · 0210 okunma
155 syf.
6/10 puan verdi
·
4 günde okudu
Kitab 3 hissədən ibarətdir, mənə ən çox təsir edən və üstündə düşünməyə vadar edən ilk hissəsi oldu, yəqin ki haçansa bu hissəni təkrar oxuyacam. Kitab təkcə ilk hissədən ibarət olsaydı, çox daha mükəmməl olardı. Digər hissələrdə loqoterapiya haqqında danışılır, loqoterapiyanin nə demək olduğunu başa düşmək üçün verilən izahlar kifayətdir, amma nə qədər effektiv olduğu mənə çox da məntiqli gəlmədi.
İnsanın Anlam Arayışı
İnsanın Anlam ArayışıViktor E. Frankl · Okuyan Us Yayın · 202335,4bin okunma
128 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.