Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

288 syf.
10/10 puan verdi
·
Beğendi
Şerlok Holms- dedektiv əsərlərini mənə sevdirən əsər qəhrəmanım. Bu kitabda isə bir nöqtəyə barmaq basan 3 fərqli iş üzərində Holmsun göstərdiyi məharəti oxumuş oluruq. İlk iki hissə kitabın adı ilə eyni olan Brilston faciəsi haqqındadır. Yazıçı ilk başda Holmsa gələn naməlum məktublarla maraq nöqtəsini tapdığını düşünən oxucunu məktubdakı şifrənin tapılması ilə Brlistonda baş verən cinayətə yönəldir. Ortada bir cinayət var və necə və nə üçün işləndiyini tapmaq üçün isə Bay Holmsa müraciət edilir. Təbii ki,öz təmkini zəkası və zirəkliyi,eyni zamanda dostu Dr. Vatsonun da fikirləri ilə Brlistonda törədən cinayətin bilinməyən yönlərini açır. Burda ikinci hissə hadisələrin niyə o nöqtəyə gəldiyini nəql edir və sonda anlayırıq ki, Holmsun "ölümünü" araşdırmağa getdiyi insan da onu kimi dedektivdir. Bir dəfə həyatını xilas edə bilən bu dedektiv ikinci dəfə buna nail ola bilmir. Və bu nöqtədə başa qayıdılır. Oradakı ad professor Moriatry-a yenidən diqqət çəkilir. İkinci hekayədə tərəfdaşının həyatını xilası üçün gecikən Holms qisas planı qurur, amma bu planla dəqiq olmayan nəticələrlə yekunlaşır. Son hekayə isə gənc bir xanımın insan həyatı üzərinə kolleksiya yığan biri ilə evlənməkdən xilas edir. Bu zaman xəsarət alsa da,işinin öhdəsindən uğurla gəlir,bay Holms. Bəs bu üç hekayəni ortaq cəhətləri nədir desəniz? Cavabım qətl və qatillərdən yaradılan və cinayətkarları zor yolu ilə söz sahibi edə bilən dərnəklər. Əsər tək kəlimə ilə möhtəşəm ötəsi. Dedektiv əsər sevərlər üçün yaradıcılıq zirvəsi.
Birlstone Faciası - Sherlock Holmes
Birlstone Faciası - Sherlock HolmesArthur Conan Doyle · Venedik Yayınları · 2019558 okunma
·
147 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.