Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Yaşamın, var oluşun təməlində hər şey ikiyə bölünməkdədir. Bu ikilidən biri yox olar isə, digəri üçün var olma anlamı itmiş olar və missiya tamamlanmış olar. Odur ki, pisin içində hər zaman yaxşı, yaxşıda bir pislik hər zaman müzakirə mövzusu olaraq qalacaqdır. Problem və ya həll edilməsi gərəkən bir iş yoxdursa, yaşamın anlamıda yoxdur. Həqiqəti ortaya çıxaran, onun əksidir. Odur ki, hər şey bir birinə borclu və asılıdır. Diqqət edin, iblis cənnətə soxulub, Həvvanı aldadıb, ona meyvə yedirtməsəydi, Adəm cənnətdən qovulmayacaqdı və həyat başlamayacaqdı. Demək ki, bir yerdən sonra iblisin şeytanlıq etməsi ehtiyyac olub. Bütün bu oyunların hamısı düzənli şəkildə getməkdədir və hər şey plan üzrə hərəkət edir. Nəticədə bu yaradılış, böyük oyunun səhnəsidir.
·
153 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.