Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

110 syf.
8/10 puan verdi
·
Beğendi
Diqqət, spoiler var!
"Kitablar bir işə yaramır, insanın kiməsə ehtiyacı var, kiməsə yaxın olmaq istəyir."    Siçanlar ve adamlar Nobel ədəbiyyat mükafatı sahibi John Steinbeck tərəfindən yazılmış novelladır. ABŞda orta məktəbdə oxunması məcburi olan kitablar siyahısındadır. İncələməmə elə bu mövzuya toxunaraq başlamaq istəyirəm.   Bilindiyi kimi, kitab oxumaq vərdişi uşaqlıqda yaradılan vərdişlərdən biridir, hansı ki hər birimizə kitab oxumağı sevdirən kəslər olur, kiminin xalası, kiminin babası, kimininsə müəllimi və s. Çox az qisim vardır ki, özünün kitablarla tanışlığı ilə sevməyə başlamışdır. Bəziləri isə bu qədər şanslı olmur və onların kitablarla, bədii ədəbiyyatla tanışlığı elə orta məktəbdə dərs kitabında oxuduğu qısa hekayələrdən ibarət qalır. Məhz bu səbəbdən əgər kitab oxuyan insanların sayını artırmaq istəyiriksə (məlumdur ki, ölkəmizdə çox azdır) məcburi oxuma kitabları olmalıdır və uşaqlar oxuduqdan sonra fikirlərini müəllim və yoldaşları ilə bölüşməlidir, necə ki bir çox inkişaf etmiş ölkələrdə var. İndi isə keçək kitabın məğzinə...   Kitab birbirinə zidd iki xarakter olan George ve Linnienin dostluğu üzərində qurulmuşdur.  Ağıllı, çevik, bir qədər də xırda George  və onun iri, ağıldankəm amma eyni zamanda saf qəlbli dostu Lennie... Lennie'nin saflığı, xəyalpərəstliyi, George'un isə nə qədər inanmasa da onun xəyallarına yoldaşlıq etməsi və hər dəfəsində yorulmadan ona dəfələrlə xəyallarını təkrar etməsi kitabın əsas sujet xəttidir. Lennie hər zaman saflığı nəticəsində dostu George'un başına işlər açar, hər dəfə işdən qovulmalarına və George'un yenidən iş axtarmasına səbəb olar. Və George hər dəfə onu tərk etməklə hədələsə də sonunda peşman olar və Lennienin könlünü almaq üçün onunla olan xəyallarından yorulmadan danışar. Və saf qəlbli dostumuz Lennienin bir qüsuru da var ki, canlı-cansız fərq etməksizin yumuşaq şeylərə toxunmağı və oynamağı sevir. Amma gücünü kontrol edəcək zəkaya sahib olmadığı üçün onlara zərər verir və öldürür... Lennieni buna görə də «Green Mile» dakı John obrazına bənzədirəm,çünki hər ikisi iriyarı, güclü-qüvvətli və bir o qədər də saf xarakterlərdir və hər ikisinin həzin sonu oxşardır... Və bir dəfə yenə Lennie kontrolsuz sevgi göstərməsi səbəbi ilə heyvan deyil insan öldürür və bu kəs sahiblərinin oğlunun həyat yoldaşıdır. Və nəticədə Curley- sahiblərinin oğlu Lennieni gördüyü yerdə öldürməyi özünə söz verir və əgər George ona kömək etməsə, Lennie ilə ortaq sayılacağını bildirir. George nə qədər əlləşsədə onu bu fikrindən daşındıra bilmir və bu məqamda George Lennie üçün çox vacib addım atır, onu əzabla ölməsinin qarşısını alır və onu özü öldürür, nə demiş Oscar Wilde "Oysa herkes öldürür sevdiğini"...   Kitabda verilmiş bir çox mesajlar vardır, gerçək dostuğun nə olduğu, sədaqət, birbirlərini tamamlamaq, eyni arzulara sahib olmaq kimi xüsusiyətləri, sevginin kontrolsuz olanının bədbəxtliklə nəticələnməsi və s. Əminəm ki, mənim kimi bir çoxunuz da bu kitabı oxuyanda dərin bir boşluğa düşmüş kimi hiss etmişsinizdir. Və bu kitab mənim üçün unudulmaz kitablar arasında hər zaman öz yerinə qoruyacaqdır.Hər yaşda oxunabiləcək bir kitab olduğunu düşünürəm, oxuyun, oxutdurun. Kitabla qalın:)
Fareler ve İnsanlar
Fareler ve İnsanlarJohn Steinbeck · Remzi Kitabevi · 2012172,9bin okunma
·
2.644 görüntüleme
Miss Eden okurunun profil resmi
Oxuyub bitirəndən sonra tavanla baxışdığımı xatırlayıram dəqiqələrlə :) özəl kitablardandı, filmi də var 🤍
İsazadə Şövkət okurunun profil resmi
Filmini izləməmişəm, amma mütləq izləyəcəm.
2 sonraki yanıtı göster
Ayşə Həsənova okurunun profil resmi
Kaş imtahan suallarını da incelemen kimi sıxılmadan bir nəfəsə oxuya biləydim… Əllərinə sağlıq👌🏻✨
İsazadə Şövkət okurunun profil resmi
Kaş incələmə yazmağa verdiyim çabanın 1/10 ni imtahanlara versəydim sjdjsj. Çox sağol💛🌻
5 sonraki yanıtı göster
Sənan Ali okurunun profil resmi
əksər oxucularına john"u xatrladr
Doğavekitap okurunun profil resmi
Ben de okudum ve yorumladım. #kitapseverlertakiplesiyor #dogavekitap #dogavekitapankara dogavekitap.wordpress.com/2022/04/13/fare...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.