Gönderi

400 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
"Biz kor olmamışdıq,əvvəldən kor idik-Görən korlar"
"Biz hamımız burada koruq.Hamı, bütün şəhər, bütün ölkə." Korluq epidemiya kimi bütün ölkəni ağuşuna alıb.Azsaylı kor olan insanlar karantinə salınır. Hökumət bununla hər şeyin sona yetəcəyini düşünür.Amma...epidemiya daha da geniş yayılıb hər kəsi kor edir. Hər şey belə başlayır–Maşın sürən kişi qəfildən kor olur, sonra isə onu evinə ötürən oğru, sonra həmin adamın həyat yoldaşı, müraciət etdiyi göz həkimi, sonra bir əxlaqsız qadın, balaca bir uşaq, gözü onsuz da bintlənmiş olan yaşlı kişi və sonra hamı... Bircə nəfərdən başqa – həkimin xanımı! Josè hər zamankı kimi öz üslubuna xas olaraq yenə də xüsusi isimlərdən istifadə etməyib.Və bir çox durğu işarələrinə əsərdə rast gəlmirik.Yazıçının üslubu ilə tanış olanlara bu adi hal kimidir.Əsərdə yalnız bir nəfər görür. Bu isə həkimin xanımıdır. Korlar dünyasında əslində hər şey olduğu kimi mövcuddur.Bəs onların arasında yalnız görən siz olsaydız.Bunlara tab gətirə bilərdinizmi?!  Aclıq insanları elə hala salıb ki, bəziləri zirzəmidə yemək axtarmağa çalışarkən ölüb.Hər tərəfdə quduz heyvanlar tərəfindən yeyilməyə çalışan insan meyitləri var.İnsanlar yaxınlarını itirməsin deyə toplu halında gəzir.Evlərindən yemək axtarmaq üçün küçələrə axın edən "korlar" geri qayıdıb evlərini tapa bilmədiyindən küçədə gördüyü canlı bir heyvanı da yeməyə qadirdi. Və əxlaq anlayışı getdikcə məhv olur.Korların bir biri ilə güc mübarizəsi insanı düşündürür. "Yəqin ki, yalnız korlar dünyasında hər şey əslində olduğu kimi mövcuddur." Josè Saramago
Korluq
KorluqJosé Saramago · Qanun Nəşriyyatı · 2016104,6bin okunma
·
103 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.