Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

424 syf.
5/10 puan verdi
Güzel Yaxina əsəri əvvəl ssenari kimi yazıb sonra roman şəklinə çevirib. Əsərin adını anlamaq üçün sona qədər oxumaq lazımdır. Burda Züleyxanın əziyyətlə başladığı həyatının düşüncələrini necə dəyişdirdiyini, həyata yanaşmasına necə təsir etdiyini görürük. Murtuza ilə başlayan ailə həyatı, Qaniçən adlandırdığı qaynanası ilə davam edən əziyyətləri onun gözlərini açmağa qoymur. Həyatının öz istəklərini gizlətmədən yaşadığı dövrü gəldiyində isə Züleyxa kimsəyə sevgisini izah etməməli olduğunu anlayaraq yoluna davam edir. Kitab axıcıdır. Qeyri-adi bir sonluğu yoxdur amma içərisində dram, sevgi, tarix, bioqrafik detallı dialoqlarla rastlaşırıq. Qısası, yazar elə tərzdə yazıb ki, fərqli janr sevən insanları bir romanda birləşdirir. Bir çox romanlarda olduğu kimi burda da müəyyən səhifələrdə yorula bilərik. Amma dərhal elə hadisə baş verir ki, tam əksinə, səhifələri sürətlə oxumağa başlayırıq. Oxuduğum digər romanlarda müqayisədə 5 Bal verirəm amma ümumilikdə öz tərzinə görə 7 bal da düşür.
Züleyxa Gözlərini Açır
Züleyxa Gözlərini AçırGuzel Yakhina · Qanun Nəşriyyatı · 040 okunma
·
169 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.