Gönderi

400 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Ruhun da özünə aid kitabları olarmış...
youtu.be/yXV3PkT8-cA - Esin Engenin bəstəsi sədaları altında "Çalıquşu"nu oxumaq .... Ən gözəl ikililərdən birinə aid edilməsi gərəkdi))) Həm musiqi həm də kitab insanın ruhunu oxşayır. Mənim üçün qəlbə toxunacaq kitablar sırasına daxil oldu "Çalıquşu". Əsərin əksər hissəsini Çalıquşunun yəni Fəridənin həyat gündəliyində yazdığı xatirələr təşkil edir. Bu xatirələr oxucunu Fəridəyə aşiq edir.Fəridə həyatın hər acısına gülərək yanaşmağı bacaran kimsəyə zəifliyini göstərməyən güclü qadın obrazıdır. "Romançılar qəmli adamı çiyinləri çökmüş, gözləri sönmüş,hərəkətsiz və səssiz bir insan kimi, daha doğrusu miskin bir şəkildə təsvir edirlər.Məndə isə həmişə bunun əksi olur.Nə zaman dərin bir dərdə düşsəm, gözlərim parlar, tövr və hərəkətlərim nəşəli olar, özüm coşar-daşaram. Dünya vecimə gəlməz, qəhqəhə çəkib gülərəm, cürbəcür dəcəllik və dəlilik edərəm.Bununla bərabər elə sanıram ki, yaxın adamı olmayan və ürəyini başqalarına aça bilməyən adamlar üçün bu, daha yaxşı bir şeydir." ( kitabdan) Öz eşqinə sadiqliyi,xeyirxahlığı Çalıquşuya qarşı dərin sevgi oyadır qəlblərdə. Gündəliyinin sonu belə bitir: Bütün olan-keçən şeylərə baxmayaraq, bu vaxta qədər sən yenə mənimdin, mən bütün ruhumla sənin... Daha sonra tale Fəridə ilə Kamranı yenidən qarşılaşdırır. Kitab haqda maraqlı faktla da qarşılaşdım.Belə ki, Atatürk yanında həmişə Rəşad Nuri Gültəkinin "Çalıquşu" kitabını gəzdirir və gündə ən azı iki səhifə oxuyurmuş. Xoş mütaliələr.
Çalıquşu
ÇalıquşuReşat Nuri Güntekin · Kitab Klubu Nəşriyyat · 2006102,5bin okunma
·
91 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.