Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

İnsanların sənin ilə necə rəftar etmələrini istərdin ? Öncə o rəftarı sən özün insanlara sərgilə. Unutma, sənin sabahın, bu günə yanaşmandan doğulur. Əgər daha yaxşı bir gələcək ilə qarşılaşmaq istəyirsənsə; yazdığın sSenariyə diqqət et. Sən həqiqətən də, yaxşı bir gələcək ilə qarşılaşmaq üçün nə etmisən ? Və ya xəyallarındakı gələcəyə layiqsənmi ? Sənin yaşamını və yaşamaq istədiklərini, həyat yolu olaraq qarşına düzən, bu içində olduğun ağıllı mexanizmin özüdür. Hər şey sənin özünə və ətrafına verdiyin dəyərdən formalaşır. Sən özünə və ətrafına nəyi layiq görürsənsə, bu mexanizm də sənə onu geri göndərir və beləcə sən içində olduğun həyatı yaşamış olursan. Layiq olmadığın bir həyatı yaşadığını düşünürsənsə, bunu ilk öncə sübut etməli olduğun kəs, sən özünsən. Sən hər zaman yeni bir başlanğıc edə bilərsən. Ətrafa, bu yaşama, həyata, fəsillərə və başqa sənə örnək kimi göstərilmiş şeylərə diqqət ilə bax. Günlər, fəsillər biri-birini əvəz edərək yenidən başlayır. Bütün bu saydıqlarım boşu-boşuna gözlərimizin önünə düzülməmişdir və yerə düşən hər yarpağın hesabda bir yeri vardır. Sən bu kimi şeylərə önəmsiz yanaşdığın müddətcə, həyatda sənə önəmsiz yanaşacaqdır. Çün ki, sən şüurlu olduğun halda, bu möhtəşəm yaradılışın və bu mexanizmin işləmə prinsipindən xəbərsizsən. Dərsindən xəbərsiz olduğun bir müəllimə olan sevgin, sinif otağının qapısına qədərdir.
·
236 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.