Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

560 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Ravikin cəsarət, mübarizə, eyni zamanda müharibə dolu ömrü...
Ahh Ravik, Ravik, Ravik! Remarkı ümumiyyətlə müharibə mövzusunun müəllifi adlandıra bilərik. Hansı ki, 72 illik ömrünə 2 dünya müharibəsi sığdırıb. Özü kimi qəhrəmanı Raviki də bu müharibələrə şahid edib, hətta şahid etməklə qalmayıb, daha irəliyə gedərək müharibələrin, mühacirətin Ravikin həyatını necə dəlik-dəlik etdiyini, yarım-yapalaq keçirməsinə səbəb olduğunu göstərib. Razıyam fantaziya önəmlidir hər bir müəllif üçün, amma yaşadığını yazmaq büsbütün fərqli edir əsəri. "Hiss etmədiyini anlamazsan" misali. O hisləri ki, sən yaşamısan onu təsvir etmək həm çox asan, həm də çox mürəkkəbdir. O qədər aydın açır ki, bizə Ravikin hislərini, o qədər yaşadır ki, o hisləri bizə də. Mühacirətdə özü də sənədsiz, qanunsuz şəxs kimi, qaçaq həyatı keçirmək... Bütün bunlara rəğmən isə həyatına yön verməyə cəhd etməkdən usanmayan, Ravik! Əsərə gəldikdə isə qəhrəmanımız Ravik☆ bütün hadisələrin mərkəzindədir, kitab onun həyatının son 5 ilinin qısa özətidir. Alman olsa da narsist olmadığı üçün izlənilir və nəticədə Fransada gizli yaşayır. Özünün dediyi kimi "Həyatın dinclik bilməyən beş ili" . 3 ay həbsxana, 4 dəfə ölkədən(Fransadan)qovulma, hər dəfəsində də geri qayıtma. Heç bir sənədsiz beş il! Özü də peşəkar, amma Almaniyanın bacarığından bəhrələnməkdən imtina etdiyi bir cərrah, mühacir olduğu, sənədi olmadığı üçün fransız bir həkimin yerinə təşrih edir. Öz ölkəsində Baş həkim ola biləcək bir şəxsin, acı, eyni zamanda mübarizə dolu həyatı. Axı "həyat mübarizədir" deyir Ravik. Mübarizə- azadlıqda yaşamaq uğrunda mübarizə, daxilində onu yeyib-bitirən məhəbbətinə qarşı mübarizə. Bəzən də müharibə, deyərdim mən. Azmı olmuşdu, Ravik savaşmaqdan yorulub kim qalib gəlir gəlsin desin?!. Amma heç vaxt məğrurluğundan ödün verməyən Ravik yenə də prinsiplərini heç kəsə çeynətməmişdir, əsərin sonuna qədər... Bir gecə təsadüf nəticəsində tanıdığı Joan həyatını tamamilə dəyişir. O Joan ki, sonradan onun bütün həyatına çevrilir. Beləcə Ravik və Joanın münasibəti sevgiyə qarışır. Öz dili ilə desək "Mən daş kimi bir şey idim, sən mənə həyat verdin" . Ravikin saf məhəbbətiii... Bir neçə ay sonra Ravik küçədə yaralı bir qadına kömək edərkən polis tərəfindən mühacir olduğu, sənədinin olmadığı müəyyən edilir. Və onu yenidən ölkədən qovurlar. 3 ay sonra geri dönəndə isə həbsdə zəng edib üzməyə( bilmirdi gələcək ya yox) qıymadığı Joanını başqaları ilə görür, öyrənir ki, başqası var həyatında. 3 ay sadəcə 3 ay illər deyil 3 ay... Əminliklə deyə bilərəm ki, Joanın həyat tərzi və Ravikin məhəbbəti arasında sonu görünməyən bir uçurum vardı. Və Joan onun qayıtdığını öyrənəndə yenidən gəlmək istəyir yanına amma o birini də əldən buraxmamaq şərti ilə(( Ravik elə buna görə onun qəlbini riqqətə gətirən, boğazında düyünlənən bu məhəbbəti ürəyinə həbs edir. İstəmir Joanı, haqlı olaraq. Joanın sonrakı aqibətini yazmıram, kitabın sonluğundan tatlı bir sirr kimi qalsın. Raviki növbəti maraqlandıran məsələ isə Almaniyada konslagerdə olarkən ona və dostlarına əzab verən alman general fon Haake'dən qisas almaq idi. Və bu düşündüyündən də asan başa gəldi. Vəəə əsərin adı Fransanın Zəfər tağı ilə simvollaşdırılmasından gəlir. Təsadüfi deyil ,ki əsas hadisələr də elə Zəfər tağının ətrafında dövr edir. Ravikin savaşçı və məğrur ömrü, eləcə də, əsərin sonu 2ci Dünya müharibəsinin başlanması ilə bitir. Fransa qaranlığa bürünmüşdü və artıq "heç Zəfər tağı" da görünmürdü... Şübhəsiz ki, tövsiyəmdir bu kitab. Əgər seçim arasında qalmısınızsa kesinlikle oxuyun deyərdim. Təsirində çox saxlayır. Ravikin timsalında bütün qaçqın və mühacirliklə həyatları məhv olan insanları tanımaq oxuyacaq olanların da haqqıdır. Ravik - unutmayacağınız bir qəhrəman olacağına əminəm.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014438 okunma
··
650 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.