Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Zəfər Tağı

Erich Maria Remarque

Yorumlar ve İncelemeler

Tümünü Gör
560 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Mənə elə gəlir ki, kitablar öz zamanı gəldiyində “məni oxu “ deyə səslənirlər.Ona görə də bugünə kimi oxuduğum heç bir əsər üçün gecikdiyimi düşünməmişəm.Eyni hadisə “Zəfər tağı” kitabı üçün də şamil olundu.Aylardı kitablığımda gözləyən kitabın səsini eşidib oxumağa başladım.İlk səhifələrdən yağışı,soyuğu və noyabr ayının tənhalığı tam da zamanında oxuduğumu sübut etdi. . Kitabı oxuyan hər kəsin “Ravik” deyə birindən ağız dolusu danışdığını görən zaman istər istəməz , “bu necə obrazdır ki, hər kəsi məftun edib” deyə düşünürdüm.Və mən də hər oxucu kimi Raviki tanıyıb ,onun özünə məxsus dünyasına qoşulub itdim.Remark elə bir obraz yaradıb ki, hər birimiz biraz da olsa Ravikin nəzdində özümüzdən bir parça tapıb, “necə də doğru danışır, necə də mənə bənzəyir, mən də olsam belə edərdim” deyə düşündürür.Bu da yazarın ustalığından irəli gəlir. . Qalınlığı biraz gözü qorxutsa da, bir o qədər sadə və axıcı olan bu roman ,oxuduğum ən gözəl və unudulmaz klassik əsərlərdən birinə çevrildi.Bu kitabdan aldığım mənəvi zövgü uzun müddət başqa kitablar da axtaracağımı düşünürəm.Ümid edirəm ki, yenidən bu qədər ürəyimcə olan bir əsərlə qarşılaşaram.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
Reklam
560 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Alman yazıçısı olan Erich Maria Remarque əsərlərində Alman xalqının hər iki dünya müharibəsinin səbəbkarı olmasına baxmayaraq daxilində olan humanist’liyi bədii əsaslarla sübut edir. Remark sadəcə Müharibə mövzusunda yazıb yaratmışdır. Spesifik olaraq deyə bilərəm ki, Dünya Ədəbiyyatında müharibə janrında Remark qədər mənəvi sarsıntıları ustalıqla
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
488 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 günde okudu
Bir balaca spoi'lər ola bilər.
Hamı kimi sıradan və bir o qədər də özünəməxsus Ravik! Sən bu əsərin sehri idin, sən biz idin, hər kəsdən bir parça və hər kəsdən fərqli. Hər şeyə sənin gözünlə baxdım, muharibəyə, sevgiyə, ayrlığa, qısqanclığa. Səninlə birlikdə ilk səhifələrdə kimsəsiz, kədərli qadınla qarşılaşdım, zamanla onu sevdim, sənin qədər ona öyrəşdim. Madu Jaon - necə
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
560 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Ravikin cəsarət, mübarizə, eyni zamanda müharibə dolu ömrü...
Ahh Ravik, Ravik, Ravik! Remarkı ümumiyyətlə müharibə mövzusunun müəllifi adlandıra bilərik. Hansı ki, 72 illik ömrünə 2 dünya müharibəsi sığdırıb. Özü kimi qəhrəmanı Raviki də bu müharibələrə şahid edib, hətta şahid etməklə qalmayıb, daha irəliyə gedərək müharibələrin, mühacirətin Ravikin həyatını necə dəlik-dəlik etdiyini, yarım-yapalaq
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
Reklam
560 syf.
10/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
- S p o i l e r -
Həmişə kitablardan yetərincə təsirlənmədiyimi düşünmüşəm, xüsusilə insanlar "filan kitaba bütün gecə ağladım" kimisindən danışanda əmin olurdum. Problem məndə yox, seçimlərimdə imiş. İndiyə qədər gözlərimi doldurub hərfləri qarışqa yığınına çevirməyə qadir olmuş 3. kitab "Zəfər tağı" oldu. Əsərin müharibə fonunda yazıldığını
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
444 syf.
10/10 puan verdi
·
Beğendi
Bir ömrdə iki dünya müharibəsinin şahidi olan Erix Maria Remark Almaniya, eləcə də dünya ədəbiyyatı tarixində müharibə mövzusunun yazıçısı kimi yadda qalmışdır. Bu əsərin əsas mərkəzində də Birinci Dünya Müharibəsindən sonra mühacirlərin həyatı təsvir olunur. Mühacir həyatının təsviri ilə yanaşı istedadlı cərrah Ravik və aktrisa Joanın arasındakı sevgi macərası insanı dərindən təsirləndirir. Müəllif həyat, müharibə, sevgi haqqındakı fikirlərini Ravikin dilindən bizə çatdırır. Əsərdəki Joan Madu obrazı almaniyalı aktrisa Marlen Ditrixin prototipidir. Remark və Marlen bir müddət eşq macərası yaşadıqdan sonra ayrılmışdılar. Remark isə bütün hissələrini, acısını bu əsərdə ifadə edib. Əsərdə daha çox obrazların xarakter və emosiyaları qabardılır. Hər bir obraz, fərqi yoxdur, əsas və ya ikinci planda olan obrazlar, o qədər reallığa uyğun təsvir olunmuşdur ki, onlara laqeyd qalmaq mümkün deyildir. Əsərdə o qədər möhtəşəm dialoqlar var ki, insanı dərindən təsirləndirir. Və oxuduqdan sonra saatlarla boşluğa baxdıracaq bir əsər...
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
560 syf.
8/10 puan verdi
·
Beğendi
Remarkın Zəfər Tağı romanı dünya müharibəsinin insanlara gətirdiyi bəlalar,insanların öz ölkəsindən didərgin düşməsini Ravikin həyatının timsalında səmimi bir dil ilə gözlər önünə sərir. Oxuduğumuz əsərlər arasında bəzi unudulmaz,yaddaşlara həkk olunan,hafizənizə damğa vuran obrazlar vardır.Məhz Ravik də mənim üçün o obrazlardan biri oldu. Ravik Almaniyadan Parisə gəlmiş pasportsuz,sənədsiz yaşayan və gizli şəkildə həkim kimi fəaliyyət göstərən bir şəxsdir. Onun düşüncələri,dialoqları o qədər möhtəşəm idi ki,bəzi hissələri dəfələrlə qayıdıb oxudum.Bəzi yerlərdə gülüşümü saxlaya bilmədim,bəzi yerlərdə həyatıma aid nəticələr çıxardım.Oxuduqca Ravikin görünüşünü gözümün önündə canlandırdım və onun kimi hazırcavab ,cəsarətli, ağıllı birisinin hər bir insanın həyatında olmalı olduğunu düşündüm. Zəfər Tağı elə bir romandır ki,onun haqqında məncə danışmaqla hansısa bir fikri çatdırmaq çətin olar,bunun üçün onu yalnız oxumaq lazımdır. Spoi vermədən sadəcə onu deyə bilərəm ki,Ravikin öz dili ilə desək ; “O həm məhəbbəti daddı,həm də intiqam hissini”. Və mən özüm bu cümləni oxuyanda daxilən bir rahatlıq tapdım.Xüsusilə Ravikin Joan adlı bir qadınla sevgi münasibəti,sevgini öz dili ilə təsviri insanın içini o qədər isidir ki,həmin hissələrdən bir cümləni qeyd etmək istəyirəm ;”Qadına ya səcdə etmək ,ya da onu biryolluq atmaq lazımdır! Qalanları yalan şeylərdir!” Mütləq oxumalısınız.Xoş mütaliələr...
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
560 syf.
9/10 puan verdi
·
Beğendi
Kitap çok güzeldi. Fazla hassas insanların okumaması gerek bence, çünki kitapta savaşın iğrençliklerini göz önüne seriyor. İnsanların sırf doğduğu konuma göre değerlendirmek ne acı bir şey..
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
Reklam
560 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Ən sevdiyim roman qəhrəmanı oldun, Ravik️! Remark mühacir həyatını o qədər incəlikləə, insanın qanına işləyə işləyə anladır ki, sanki o hadisələri özün yaşayırmışsan kimi hiss edirsən. Ravik obrazındaa hər kəs özündən bir parça tapa bilər. Ravik həyatı çətinliklərlə dolu olan mühacir , savadlı olubda əməyinin qarşılığını haqqı olduğu qədər ala bilməyən amma buna baxmayaraq işini ən gözəl şəkildə eliyən həkim, həbsdə ona və yanındakı qıza yaşatdıqlarına görə intiqam hissi ilə alışıb yanan biri... və bütün bunlar azmış kimi birdə Joan adlı bir qız çıxır qarşısına:) Hansı ki sevgiyə yer olmuyan Ravikin ürəyində özünə yer tapa bilən Joan... əsər günümüzlə o qədər uyğun gəlir ki. Bu əsəri çoxdan oxumağıma baxmayaraq təsiri uzun müddət üzərimdən getmiyib və ağlımda tək düşüncə fırlanır: “Tarix yenidən təkrarlanır”.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
560 syf.
10/10 puan verdi
·
3 günde okudu
İnsan çox şeyə dözə bilər
Son zamanlarda oxuduğum ən yaxşı romanlardan biri. Remark siyasət, müharibə və mühacirətin ağırlığı və kədəri fonunda sevgini çox peşəkarcasına təsvir edib. Oxumağınız məsləhətdir.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
560 syf.
·
Puan vermedi
Remarkın hayatı hakkında az da olsa biliyorsanız, romanlarında öldürdüyü kadınları hep hayatda sevdiyi kadına, yani Marlene Dietrich’e benzetmişdir. Hep acı. Hep ölüm.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
560 syf.
9/10 puan verdi
·
Beğendi
·
33 günde okudu
Bəzən elə kitab olur ki,əvvəlindən sıxıcı gəlir ancaq sonu maraq çəkən olur. Ancaq "Zəfər tağı" başdan sonra qədər insanı maraqda, sevincdə,kədərdə saxladı:( Bu əsəri oxuyan çox insan kitabı deyil də Raviki dilindən düşürmürdü. Burdan o şəxslərə səslənirəm, haqlı imişsiniz #oxumadanöləbilərsiniz
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
560 syf.
9/10 puan verdi
·
Beğendi
Remarkın ən yaxşı əsərlərindən sayılan Zəfər tağının qəhrəmanı Nazi rejiminə qarşı olan alman cərrah Ravik, Almaniyadan qaçaraq Parisdə gizli yaşamağa məcbur olmuşdur. Və onun əsas məqsədi də Almaniyada olan zaman  ona və yaxınlarına işgəncə edən bir adamdan intiqam almaq idi. Əsərdəki hadisələr ikinci dünya müharibəsinin  astanasında baş verir. Müharibə dövrünün çətinliklərinin göz önünə sərildiyi kitabda əsas mövzu Ravik və çox qəribə bir zamanda tanış olduğu Joan arasındaki sevgidir. Lakin miqrant kimi həyat yaşayaşan Ravik və Joan üçün bu sevgi çarəsiz və  bitməyə məhkum olmuşdur. Kitabı oxuyan zaman yaşadığım hissləri sözlə anlatmaq mümkün deyil. Mütləq oxuyun. Xoş mütaliələr
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
560 syf.
9/10 puan verdi
·
Beğendi
Gözəl əsər idi. Ravik isə️ unudulmaz obraz.
Ahh Ravik, Ravik! Ravikin keşməkeşli həyatı, həkimlik sənətini rahat icra edə bilməməsi, muhacir həyatının çətinlikləri, muharibənin gətirdiyi təlaş və qorxu. Digər tərəfdən məhəbbətin sevinci və ağrısı bu əsərin ruhunu formalaşdırır. Kitabın aurasından çıxa bilmirəm. Hədsiz dərəcədə eşq yaşadım kitabla. Kitabdan aldığım mənəvi zövg.. Oxuduğum ən gözəl və unudulmaz klassik əsərlərdən birinə çevrildi.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014434 okunma
411 syf.
7/10 puan verdi
·
4 günde okudu
Remarque'ın 1945 yılında, Amerika'da sürgündeyken kaleme aldığı ve "Doğu Cephesinde Yeni Bir Şey Yok"tan sonra en çok satan romanı. Birkaç kere de sinemaya uyarlanmış. Roman, Ravic isimli sürgündeki bir Alman cerrahın 2. Dünya Savaşı'nın hemen öncesinde, Paris'te yaşadığı kaçak hayatı anlatıyor. Görüşleri nedeniyle Almanya'nın kara
Zafer Abidesi
Zafer AbidesiErich Maria Remarque · Okat Yayınevi · 1963434 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.