Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zəfər Tağı

Erich Maria Remarque

Zəfər Tağı Sözleri ve Alıntıları

Zəfər Tağı sözleri ve alıntılarını, Zəfər Tağı kitap alıntılarını, Zəfər Tağı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
- Hə... Mən imkan daxilində çox qocalmaq istəyirəm. - Niyə? - Baxım, görüm bu dünyanın axırı nə olur!
- İnsan nə üçün yaşayır, Ravik? - Elə bu haqda düşünmək üçün.
Reklam
Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!
Sayfa 247Kitabı okudu
- Heç xoşbəxt olmusunuzmu, Ravik? - Ço..o..x! - Onu demirəm. Mən əsl xoşbəxtliyi nəzərdə tuturam: özündə olmayasan... Hər şeyi unudasan... Bütün varlığınla onun olasan... Ravik Ketin titrəyən zərif sifətinə baxdı. O yalnız bircə xoşbəxtlik tanıyırdı. Özü də ən kövrəyini - məhəbbəti... Heç nəyi yox, yalnız məhəbbəti!
Tale heç vaxt ona qarşı qoyulan cəsarət hissindən güclü olmayıb! Gördün, dözə bilmirsən, o vaxt özünü öldürürsən. Yaxşı ki, adam bunu bilir. Və bir də onu da bilmək yaxşıdır ki, nə qədər nəfəsin gedib-gəlir, heç nə itirilməyib…
Unutmaq!Sözə bax!Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin?Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir...
Reklam
- İnsan nə üçün yaşayır, Ravik? - Elə bu haqda düşünmək üçün.
Ravik körpənin qıpqırmızı sifətinə, xırdaca əllərinə baxdı. “Biz bu dünyaya təbəssümlə gəlmirik!” - deyə ürəyindən keçirdi. Körpəni tibb bacısına verdi. Oğlan idi… - Kim bilir, hansı müharibə üçün dünyaya gəlib…
Həyat, kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir-birimizdən yeyirik. Ancaq insanda, hərdən də olsa, xeyirxahlıq qığılcımı olur, gərək, ona toxunmayasan, qoyasan qala. Yaşamaq çətinləşəndə, o, köməyə gəlir.
Sayfa 38 - MorozovKitabı okudu
Xoşbəxtlik həmişə haradasa lap yaxında olur. Sadəcə olaraq, əyilib götürmək lazımdı… Xoşbəxtliyi çox uzaqlarda axtarmaq lazım deyil, o da sadə şeylərdən başlanır.
Reklam
İnsanların bir-birini sevməsi nəyə desən dəyər! Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. Sevməyən adam üçün, əslində, ölüm yaxşıdır.
Yaşım qırxı ötüb, neçə-neçə həyat məktəbi keçmişəm,ancaq heç vaxt məhəbbət sorağında olmamışam,ona inanmamışam və bilməmişəm ki, nə vaxtsa gəlib məni də tapacaq.İndi budur ,gəlib çıxıb və heç bir həyat təcrübəsi də kömək eləmir, əksinə, onu daha da qızışdırıb alovlandırır.
Sayfa 371Kitabı okudu
“Pul ilə başa gələn hər şey ucuz düşər.”
Dözüm heç vaxt olmur. Təkcə hər șeyə öyrəşmək mümkündür...
Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir…
1.413 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.