Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zəfər Tağı

Erich Maria Remarque

En Eski Zəfər Tağı Sözleri ve Alıntıları

En Eski Zəfər Tağı sözleri ve alıntılarını, en eski Zəfər Tağı kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir...
Sayfa 53 - QanunKitabı okudu
Külək... Çiyinlərinə tərlan kimi qonmuş xəyallar... Gözləri qaranlıqda işıldayan xəyallar... Gündüzlə bacara bilməyən gecə... Bütün qadınların gözəl göründükləri an... Və birdə qanadlarını kəpənək kimi sərmiş gecə...
Reklam
- Ancaq siz heç xəyalların aldatdığı adama oxşamırsınız, Ravik. - Adam özünü həqiqətlə də aldada bilər. Bu lap təhlükəli xəyaldır.
Sayfa 108Kitabı okudu
Hər şey yavaş-yavaş, tədrici asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu adətlərin çox adı olur, biri də məhəbbətdir. Gərək, heç kimə, heç nəyə öyrəşməyəsən.
Sayfa 160Kitabı okudu
- Dünyada nə var, nə yox, Ravik? - Təzə heçnə yoxdur, Ket. Dünya böyük bir həvəslə özünü məhv etməyə hazırlaşır, ancaq boynuna almaq da istəmir.
Sayfa 164Kitabı okudu
Ancaq gözləmək də adamı için-için yeyir, ümidlər alt üst olur, üstəlik, səni gizli bir qorxu hissi də bürüyür ki, tamam əldən düşəcəksən, gözləməkdən üzüləcəksən, yorulacaqsan, həyatla ayaqlaşa bilməyəcəksən. Adam elə buna görə də əsəblərini yerindən oynadan hər şeyi yerli dibli unutmaq, amansızcasına, rişxəndlə, acı kinayə ilə, peşmançılıq hissi duymadan onun başını biryolluq əzmək sonra isə tamam başqa adam, özgə bir «mən» olmaq istəmirmi?
Sayfa 235Kitabı okudu
Reklam
Məhəbbət qadını ağıllandırır, kişini isə dayazlaşdırır.
Sayfa 241Kitabı okudu
Sanki bunların hamısı məhz belə də olmalı imiş.. Hər şeyi necə qəbul edirsənsə, bunlara da eləcə «qismətdir» deyib, ümidsizliyin yeganə silahı olan təmkinlə dözürsən. Səma hər yerdə eynidir, yer üzündəki qətillərin, nifrətin, məhəbbətin, qurbanların üstünə çadır kimi çəkilib...
Sayfa 280Kitabı okudu
Bir də bu qəribə həqarət hissi... Sinədolusu nəfəs almaq... Bu nəfəs sanki xəfif bir meh idi, haradansa lap uzaqlardan, ürəyin damar- damar yollarından, gerçəkliyin qüssə dolu alovundan, çarmıxa çəkilmiş keçmişlərdən, gələcəyin neştərli keşməkeşlərindən süzülürdü.. Bir də ətrafa çilənmiş bu sükut... Ölümlə həyat arasındakı bir anlıq fasilə.. Aydın olduğu qədər də zülmətlə dolu bir ömür.. Ulu dünyanın həzin əbədiyyət nəğməsi...
Sayfa 280Kitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.