Zəfər Tağı

Erich Maria Remarque

Zəfər Tağı Sözleri ve Alıntıları

Zəfər Tağı sözleri ve alıntılarını, Zəfər Tağı kitap alıntılarını, Zəfər Tağı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
- Əgər elə şey olsa, sən məni atacaqsan... Dəqiq bilirəm! - Bu da məni atıb gedəndə, deyəcəyin son sözlər olacaq. Deyəcəksən ki, guya, mən səni atmışam. Istədiyin qədər də bəhanə tapacaqsan, hamısına da inanacaqsan... Və dünyanın ən ulu məhkəməsi olan təbiətin qarşısında bəraət qazanacaqsan...
- Heç xoşbəxt olmusunuzmu, Ravik? - Ço..o..x! - Onu demirəm. Mən əsl xoşbəxtliyi nəzərdə tuturam: özündə olmayasan... Hər şeyi unudasan... Bütün varlığınla onun olasan... Ravik Ketin titrəyən zərif sifətinə baxdı. O yalnız bircə xoşbəxtlik tanıyırdı. Özü də ən kövrəyini - məhəbbəti... Heç nəyi yox, yalnız məhəbbəti!
Reklam
Ravik körpənin qıpqırmızı sifətinə, xırdaca əllərinə baxdı. “Biz bu dünyaya təbəssümlə gəlmirik!” - deyə ürəyindən keçirdi. Körpəni tibb bacısına verdi. Oğlan idi… - Kim bilir, hansı müharibə üçün dünyaya gəlib…
Dözüm heç vaxt olmur. Təkcə hər șeyə öyrəşmək mümkündür...
- İnsan nə üçün yaşayır, Ravik? - Elə bu haqda düşünmək üçün.
Tale heç vaxt ona qarşı qoyulan cəsarət hissindən güclü olmayıb! Gördün, dözə bilmirsən, o vaxt özünü öldürürsən. Yaxşı ki, adam bunu bilir. Və bir də onu da bilmək yaxşıdır ki, nə qədər nəfəsin gedib-gəlir, heç nə itirilməyib…
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.