Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zəfər Tağı

Erich Maria Remarque

Zəfər Tağı Sözleri ve Alıntıları

Zəfər Tağı sözleri ve alıntılarını, Zəfər Tağı kitap alıntılarını, Zəfər Tağı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Həyat adama təkcə öz şəxsi istəkləri, qisas, lap qanına işləsə də – xudpəsəndlik, özünü yaddan çıxarıb başqalarına kömək eləmək, çox vacib hesab eləyib dünyanı bircə addımlığa da olsa, bu qan çanağından, çirkabdan uzaqlaşdırmaq üçün lazım deyil. Həyat adama bir də ona görə lazımdır ki, mübarizə aparsın, sadəcə olaraq, nəfəsi nə qədər gedib-gəlir, mübarizə üçün fürsət gözləsin.
„Nə üçün” elə sualdır ki, bütün məntiq də, fəlsəfə də, qalan elmlər də onun qarşısında aciz qalır...
Sayfa 231Kitabı okudu
Reklam
„Yer üzünün hansı yeganə canlısıdır ki, həmişə bir-biri ilə çəkişir, vuruşur, bir-birinin qənimi olur?   – Bu lap uşaq sualı oldu! Əlbəttə, «məhəbbət», «yaxşılıq», «halıyananlıq» kimi sözləri icad eləyən insan – yer üzünün əşrəfi!“
Sayfa 176Kitabı okudu
… sen ise yer üzünde müveqqeti Ravik adlanan, xeyal dünyası tamar olmuş, zavallı bir romantiksen..
Sayfa 159 - Qanun NeşriyyatıKitabı okudu
-Qulaq as, Roza, sən özün məhəbbət barədə nə düşünürsən? Mən gözlərimi ona dikib soruşdum. - Mənə elə gəlir ki, bu işlərdə sənin təcrübən az deyil. Onun gülüşü qulaqlarımda əks-səda verdi: -Bu barədə mən danışmasam yaxşıdır, - gülüb qurtarandan sonra sakitcə dedi. - Məhəbbət ha... Ah mənim Arturum! Hər dəfə o əclafı xatırlayanda hiss eləyirəm ki, hələ də dizlərim əsir. Əgər ciddi bir şey eşitmək istəyirsənsə, Robbi, mən sənə onu deyə bilərəm ki,insan həyatı çox vaxt bir sevgiyə bağlanıb qalır. Sadəcə çox vaxt... Artur bunu mənə məndən ayrılmazdan bir qədər əvvəl dedi. Bax bu, həqiqətdir. Məhəbbət möcüzədir. Amma sonunda iki nəfərdən biri üçün həmişə darıxdırıcı olur. O birisə heçnəsiz qalır yolun ortasında... donub- qalır və nəyi gözlədiyinibdə bilmir. Amma dəlilər kimi gözləyir, gözləyir... - Başa düşdüm, - astaca dedim. - Sevgisiz adam məzuniyyətə çıxmış ölü kimi bir şeydir.
Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!
Sayfa 392Kitabı okudu
Reklam
Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir.
Unutmaq? Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Elə adam tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi?
Biz! Nə gözəl sözdür. Dünyanın ən sehrli sözü...
Lap möcüzədir bu məhəbbət! Təkcə gündəlik həyatın tutqun səması, rəngarəng göy qurşağı deyil, həm də dünyanın ən iyrənc şeylərini gözəllik donunda göstərir... Həm möcüzədir, həm də taleyin ən acı kinayəsi...
1.000 öğeden 941 ile 950 arasındakiler gösteriliyor.