Özümə söz verdim ki, çalışım bundan sonra tez-tez Azərbaycan ədəbiyyatından da əsərlərə şans verim. Elə uzun zaman sonra ilk oxuduğum kitab da bu oldu.. Yaxşı ki olub. Nuriyyə obrazı elə canayaxın, səmimi təsvir edilib ki, özümü ona doğma hiss edirəm artıq. Hansı ki bu qadınının bütün hisslərini yalnız biz bilirdik, hamıdan gizlətdiyi gerçəkləşməyən arzuları üçün həm kədərləndik, həm də bu cəsur addımları üçün onunla qürur duyduq. Nuriyyənin hisslərini xəlvətdə saxlayıb bir qadın kimi Səadətin ailəsinə kölgə salmamasını təqdir etməsək olmazdı. Nuriyyə özü də bunu başa düşür, heç bir şəkildə buna yol verməyəcəyini özü də bilirdi. Məndə əsər iki qovuşa bilməyən sevgi kimi yox, bir qadının bir qadın üçün öz hisslərinizdən vaz keçməsi kimi daha çox yadda qalacaq. Nuriyyənin bundan sonrakı həyatında xoşbəxt olmasını arzu edərdim, çünki o buna layiqdir. Kitablar bitsə də, oxucularda bitmir, ağlıma gəldikcə yenə Nuriyyəni bir neçə dəqiqə düşünəcək, içimdə ona haqq verəcəyəm)