Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

223 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
"Söyüdlü arx" İlyas Əfəndiyevdən oxuduğum ilk əsərdi amma son olmayacağına əminəm. Nə qədər də xarici ədəbiyyata üstünlük versəm, hərdən dönüb öz ədəbiyyatımızdan hər hansı bir əsər oxuyanda, digərlərində hiss etmədiyim doğmalığı iliklərimə qədər hiss edirəm. Hadisələr Güney qışlaqla Quzey qışlaq arasında cərəyan edir. Kitabın adı isə hər iki kənd arasında olan arxın adı ilə əlaqədardır. Əsərimizin baş qəhrəmanı yetim böyüyən, öz ayaqları üstündə dayanmağa çalışan taa uşaqlıqdan bütün əziyyətlərə qatlanmış, amma yenə də heç vaxt taleyindən şikayətlənməyən gənc teatr oyunçusu Nuriyyədən gedir. Bəlkə də uzun zamandır ki, bu qədər mükəmməl xarakterli bir qadın obrazlı kitab oxumurdum. Hər şeyi ilə olması gərəkən kimi bir obraz görürük qarşımızda. Bəlkə də olması gərəkəndən artıq. Sevdiyi insanın həyatını özündən daha ön plana qoyan, onun üçün bütün fədakarlığı edən, öz xoşbəxtliyini sevdiyi insanın xoşbəxtliyinə bağlayan, heç kəsin arxasından danışmayan (digərlərinin də danışmağına icazə verməyən) qadınların da cəmiyyətdə öz yerini tapmasına dəstək olan və daha burda saya bilməyəcəyim bir çox özəlliyi özündə daşıyan bir xarakterdən söhbət gedir. Kitabı oxuyarkən Nuriyyənin hərəkətlərini təqdir etsəm də, bitirdikdən sonra düşünürdüm ki, bəs bu qədər fədakarlığa insanlar dəyərmi? Çünki biz fədakarlıqlar etdikcə, insanlar artıq o fədakarlıqları,  bizim borcumuz kimi görür və hər dəfəsində daha artığını istəyirlər. Və artıq sən də  bu çıxmazın içərisində itirsən. Nuriyyə demişkən; "qayda budur: həyat özü həmişə dözümlülərin yükünü artırır." Kitabı bitirdikdə qapağını ağır bir hiss ilə bağladım, yəqin ki, hələ bir neçə gün təsirindən çıxa bilməyəcəm. Hər kəsə bu kitabı oxumağı tövsiyə edir və xoş mütaliələr diləyirəm.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020781 okunma
··
2.220 görüntüleme
Okur okurunun profil resmi
Çox gözəl bi kitabdı oxumayanlara tövsiyə eliyirəmm
Ayşə Həsənova okurunun profil resmi
Və Şövkət xanım sahalara geri döndüüü👌🏻 Əllərinə sağlıq✨
İsazadə Şövkət okurunun profil resmi
Sənin incələməni təkrar oxuduqdan sonra ilham gəldi deyə bilərəm🍀
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.