Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

185 syf.
·
Puan vermedi
·
3 günde okudu
Nənəm mənə boş tövsiyə verməz. Nənəmin sayəsində belə möhtəşəm bir xarakterlə tanış oldum. Çox sağ ol, nənəcan "Lap uşaqlıqdan mən həyatın əzab və məşəqqətləri içinə daha canlı, daha ləyaqətli görünən qəhrəmanları sevərdim. Mən istəyərdim oxuduğum əsərin qəhrəmanı sehrkar bir cazibədarlıqla məni çəkib ardınca aparsın. Qorxulu uçurumlardan, alovlardan keçirsin. Mənə yalnız gül ləçəklərinin naxışlarındakı heyrətli ahəngi deyil, eyni zamanda, həyatın boz üzünü göstərsin, amansız sitəmlərini hiss etdirsin. Mən yalqızlığı sevmirəm. Mən həyatda da bütün düymələri öz yerində olan, plakat kimi cansıxıcı adamlara nifrət edirəm". (Səh.48) Arxanca apardın ürəyimdəki incə hisslərimi, Nuriyyə! Əsl Azərbaycan qadını, məğrur, sarsılmaz, iradəli, əzmkar və fədakar! "Söyüdlü Arx". Sevgi, xoşbəxtlik, bərəkət arxı. Əsərimizin baş qəhrəmanı Nuriyyə: yetim böyüyən, öz ayaqları üstündə durmağı bacaran, uşaqlıqdan bəri bütün çətinliklərin öhdəsindən gələn, bəlkə də bizim gözümüzdə "Yazıq qız" kimi gördüyümüz, amma yazıqlığı heç vaxt özünə yaraşdırmayan, bütün əzmini, enerjisini xalqına xidmət edən bir Azərbaycan xanımı. Özümü onun yerinə qoyuram. "Qız ürəyi necə zəif olurmuş". Zəifmi idi onun ürəyi? Onun yerində olsam, mən də elə davranardımmı? Bu qədər böyük iradə və insan sevgisi. Bəzən sevgi, eşq, ehtiras bir kənarda qalır. Balaca bir ürəyin, uşağın həyatı daha da çox mənalı hala gəlir. Hansı övlad anasız ya atasız yaşamaq istəyər ki? Necə də psixoloji qədərimizi valideynlərimizin seçimi yazır. Amma balaca Əlimərdanın səadətini Nuriyyə yazdı. Muradın :“Günü-dirliyi cəhənnəm əzabı içində keçən bir ata mənim oğlumun nəyinə lazımdır?”, deməsinə rəğmən Murad üçün də, Əlimərdan üçün də həyatı şirinləşdirən Nuriyyə, necə böyük ürəyin var. Yuvanı dişi quş qurar məsəli. Ananın xoşbəxt olduğu evdə hər kəs xoşbəxtdir. Kənd camaatının Nuriyyəni öz doğma qızları kimi qəbul etməsi, əsər boyunca o doğmalıq, canayananlıq necə xoş təəssüratlar yaratdı məndə. Çox böyük bir xalqıq. Müasirləşmək adı altında öz mənəviyyatımızı, dəyərlərimizi itirməsək... Fikir verdim kəndin hər üzvü irəliləmək üçün, yaxşı bir gələcək üçün canı dildən, həvəslə çalışır. Nəriman əmi, Qərənfil xala nə gözəl cütlüksünüz! Oturub arvad- kişi xalqın dərdinə qalırlar, küsürlər, barışırlar. "İndi Qərənfil bacının səsində əvvəlki zarafatyana ahəng deyil, yalnız onların özlərinin anlaya biləcəyi çox dərin bir hiss duyulurdu. Nəriman əmi yəqin ki, bu hissin təsiri ilə öz kişilik mətanətini itirəcəyindən qorxaraq, dərhal mənə müraciətlə söhbəti dəyişdi". Real həyatımıza baxsaq çox az sayda ailə övlad sahibi olmadan ailə olaraq qalırlar. İkisini də halal olsun! "O həmişə mənə "bacıqızı" deyərdi, indi isə, birinci dəfə "qızım" adlandırırdı". Bu nə gözəl bir səadətdir, yetim bir qız üçün, həmçinin övladı olmayan bir ata üçün. Görəsən özündən böyük 18 yaşlı adamla xoşbəxtsənmi? Deyirsən ki, bir- birimizə hörmət edirik. Bəs bir- birinizi sevirsinizmi? Yəqin uzun müddət Nuriyyə və onun taleyi, həyatı haqqında çox düşüncələrə dalacam... "Üzü bəri baxan dağlar, Mənim sizdə nəyim qaldı". Hər kəsə xoş mütaliələr!
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
·
49 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.