Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Söyüdlü Arx

İlyas Efendiyev

Söyüdlü Arx Yorumları ve İncelemeleri

Söyüdlü Arx yorumları ve incelemelerini, Söyüdlü Arx kitabı hakkındaki okur görüşlerini , Söyüdlü Arx puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

910 üzerinden
288 Kişi · 45 İnceleme
185 syf.
10/10 puan verdi
·
4 saatte okudu
Salam. Söyüdlü axr kitabını iki gündür ki oxumuşam. Əsərlə bağlı fikirlərimi yazmadan əvvəl iki gün həzm etməyim üçün özümə möhlət verdim. İki gün sonra belə Nuriyyə mənə doğma gəlir. Çox canayaxın personaj idi. İndiyə qədər oxuduğum kitablar arasındakı ən yaxşı qadın obrazı məzh özüdür. Ümumən kitab çox ləzzət verdi. Bəzən ədəbiyyat oxumalarını
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
185 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
İlyas Əfəndiyev mənim ən sevdiyim Azərbaycan yazıçılarından biridir. Tərcümə əsərlərdən öncə oxunmalıdı. Dilimizdə belə gözəl əsərlər yazan yazıçılar var biz onlarsan xəbərsiz. Cümlələr o qədər zərifdir ki, qəlbə toxunmadan keçmir. Qəhrəmanları bizdən biridir, onları hər yerdə görə bilərik. Yazıçının bu əsəri ilə Dağlar arasında üç dost əsərinin baş qəhrəmanları arasında oxşarlıq var. Yazıçı sanki eyni insanları fərqli hekayələrdə canlandırıb.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
Reklam
185 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 saatte okudu
"Ax,leytenant...Mənim cavan leytenantım, sən haradan gəlib çıxdın? Yoxsa, bu, yuxudur?" Nuriyyə....Əsər onun dilindən oxuculara təqdim olunur.Universiteti bitirdikdən sonra Güney Qışlaq kəndinə mədəniyyət işçisi kimi təyin olunan Nuriyyə burada keçmişi ilə qarşılaşır. Leytenant olmuş Murad uzun illər öncə Nuriyyəni sevmişdi bəlkə də. İlk görüşdə -Biz heç vaxt bir-birimizdən ayrılmayacağıq.Elə deyilmi? -demişdi leytenant. Amma... İlyas Əfəndiyev insan psixologiyasına o qədər gözəl bələdçidir ki.Nuriyyənin eşqinə fədəkarlığı, həmçinin güclü qadın olub aktrisa olmaq yolunda çalışqanlığı məni sevindirdi.Çünki əksər əsərlərdə qadınlar məqsədinə ya çata bilmir ya da sentimentalizmin qurbanı olurlar. Amma qadın olmaq hisslərinin əsiri olmaq demək deyil.Başqasının ailəsini yarım qoymaq istəmiyən qəhrəmanımız öz eşqindən uzaqlaşır.Bu eşq əbədi dəfn olunur.Kaş Hümməti sevsəydi deyə düşündüm. Hümmət əsərdə sevdiyim obrazlardan oldu. Əsər müsbət sonluqla bitir.Amma kaş belə bitməzdi,- dediyim kitablardan oldu. Xüsusilə ruhunun iztirablarını heç kimə danışmayan Nuriyyənin dırnaq içində verilən fikirləri insan qəlbinin sarı siminə toxunur. "Nə üçün o mənə xanım deyirdi? Nə üçün sadəcə adımı söyləmirdi..." "...Sənin mənə göstərdiyin qayğıda hiss etdiyim bu yadlıq haradandır?" Əsər boyu o qədərdi ki, öz-özü ilə monoloqları.Ən ağrılıdı da hər zaman monoloqlar olar.Heç kimə söylənməyən sözlər, duyğular. Mütləq oxuyun. Öz ədəbiyyatımızı sevək, sevdirək.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
185 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 saatte okudu
Həyat özü həmişə dözümlülərin yükünü artırır.
Son illərdə Azərbaycan ədəbiyyatından hansısa kitabı əlimə alıb oxumadığımın fərqinə vardım. Halbuki orta məktəbdə oxuyarkən Əli Kərim, Rəsul Rza, İlyas Əfəndiyev və başqalarının əsərlərini necə həvəslə oxuduğumu xatırlayıram. Elə isə indi niyə oxumayım? İlk öncə İlyas Əfəndiyev haqqında qeyd edim ki, Azərbaycan ədəbiyyatında heç bir dramaturqun
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
185 syf.
·
Puan vermedi
İlyas Efendiyev
İlyas Efendiyev
mənim ən sevdiyim Azərbaycan yazıçılarından biridir.İlk dəfə məktəb vaxtı Seçilmiş əsərlər kitabını oxumuşdum.Oxuyub bitirdiyim
Söyüdlü Arx
Söyüdlü Arx
romanınıda çox sevdim.Kitab 1958-ci ildə qələmə alınıb.Yazıçının ilk romanıdır.Əsərdə ki,cümlələr o qədər zərifdir ki,insanın qəlbinə toxunmadan keçmir.İlyas Əfəndiyev bu əsərində Azərbaycan dəyərləri,kişilərin,qadınların cəmiyyətdə rolu,təmiz sevgini,hörməti axıcı dillə oxucuya,bizlərə göstərir.Əsərin baş qəhrəmanı Nuriyyənin apardığı mübarizəsi,gücü,iradəsi hər kəsə örnək olmalıdı.Kitabda uzaq bir kəndə işləmək üçün gələn Nuriyyə və onun nakam sevgisindən bəhs olunur.Nuriyyə həmin kənddə uzun illərdən sonra yenidən gənclik sevgisi olan Muradla qarşılaşır.Kəndə yeni gəlməsinə baxayaraq burda hər kəsin sevgisini qazanır,uzun zamandan fəaliyyət göstərməyən mədəniyyət evini bərpa edir. Kitabın adı olan "Söyüdlü arx"- Güney qışlaq və Quzey qışlaq kəndlərini birləşdirən arxdır.Əsərdə kəndlilərin bu arx barədə də mübahisələrinə də şahid olacaqsız. Kitabdakı obrazları çox sevdim.Nuriyyə obrazını isə bir başqa.Nuriyyədə əsl Azərbaycan xanımının bütün xüsusiyyətlərini gördüm. "Bu dünyada hər kəsin xoşbəxt olmağa,həyatdan daha çox şey götürməyə can atması tamamilə qanunidir."(s.102) Bir sözlə,hər kəsə bu əsəri oxumağı tövsüyə edirəm.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
185 syf.
·
Puan vermedi
·
14 günde okudu
Hamının səadətinin bir parçası olan, bircə özünü udan qadın ...
Hekayə cəmiyyətin stereotiplərini qıran, kimsəsiz sayılan amma hamının səadətinin bir parçası sayılan Nuriyyənin mübarizəsindən; İki kənd--Quzey və Güney Qışlağı birəşdirəcək olan "Söyüdlü arx", onun uğrunda kəndlilərin konfliktlərindən bəhs edir. Nuriyyə obrazı ilə yazıçı insan psixologiyasına təsir edib, onun vurucu monoloqları,
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
Reklam
185 syf.
·
Puan vermedi
·
3 günde okudu
Nənəm mənə boş tövsiyə verməz. Nənəmin sayəsində belə möhtəşəm bir xarakterlə tanış oldum. Çox sağ ol, nənəcan "Lap uşaqlıqdan mən həyatın əzab və məşəqqətləri içinə daha canlı, daha ləyaqətli görünən qəhrəmanları sevərdim. Mən istəyərdim oxuduğum əsərin qəhrəmanı sehrkar bir cazibədarlıqla məni çəkib ardınca aparsın. Qorxulu uçurumlardan,
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
185 syf.
·
Puan vermedi
Özümə söz verdim ki, çalışım bundan sonra tez-tez Azərbaycan ədəbiyyatından da əsərlərə şans verim. Elə uzun zaman sonra ilk oxuduğum kitab da bu oldu.. Yaxşı ki olub. Nuriyyə obrazı elə canayaxın, səmimi təsvir edilib ki, özümü ona doğma hiss edirəm artıq. Hansı ki bu qadınının bütün hisslərini yalnız biz bilirdik, hamıdan gizlətdiyi gerçəkləşməyən arzuları üçün həm kədərləndik, həm də bu cəsur addımları üçün onunla qürur duyduq. Nuriyyənin hisslərini xəlvətdə saxlayıb bir qadın kimi Səadətin ailəsinə kölgə salmamasını təqdir etməsək olmazdı. Nuriyyə özü də bunu başa düşür, heç bir şəkildə buna yol verməyəcəyini özü də bilirdi. Məndə əsər iki qovuşa bilməyən sevgi kimi yox, bir qadının bir qadın üçün öz hisslərinizdən vaz keçməsi kimi daha çox yadda qalacaq. Nuriyyənin bundan sonrakı həyatında xoşbəxt olmasını arzu edərdim, çünki o buna layiqdir. Kitablar bitsə də, oxucularda bitmir, ağlıma gəldikcə yenə Nuriyyəni bir neçə dəqiqə düşünəcək, içimdə ona haqq verəcəyəm)
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
185 syf.
10/10 puan verdi
·
Beğendi
·
53 günde okudu
Son cümlələri oxuyarkən istər-istəməz insanın gözü dolur...Nuriyyə necə gözəl qadın imiş, sevgini ürəyində necə gözəl saxlaya bilirmiş... Nuriyyə demiş ,hər şeyin təzəsi ,dostun köhnəsi
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
46 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.