Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

185 syf.
·
Puan vermedi
İlyas Efendiyev
İlyas Efendiyev
mənim ən sevdiyim Azərbaycan yazıçılarından biridir.İlk dəfə məktəb vaxtı Seçilmiş əsərlər kitabını oxumuşdum.Oxuyub bitirdiyim
Söyüdlü Arx
Söyüdlü Arx
romanınıda çox sevdim.Kitab 1958-ci ildə qələmə alınıb.Yazıçının ilk romanıdır.Əsərdə ki,cümlələr o qədər zərifdir ki,insanın qəlbinə toxunmadan keçmir.İlyas Əfəndiyev bu əsərində Azərbaycan dəyərləri,kişilərin,qadınların cəmiyyətdə rolu,təmiz sevgini,hörməti axıcı dillə oxucuya,bizlərə göstərir.Əsərin baş qəhrəmanı Nuriyyənin apardığı mübarizəsi,gücü,iradəsi hər kəsə örnək olmalıdı.Kitabda uzaq bir kəndə işləmək üçün gələn Nuriyyə və onun nakam sevgisindən bəhs olunur.Nuriyyə həmin kənddə uzun illərdən sonra yenidən gənclik sevgisi olan Muradla qarşılaşır.Kəndə yeni gəlməsinə baxayaraq burda hər kəsin sevgisini qazanır,uzun zamandan fəaliyyət göstərməyən mədəniyyət evini bərpa edir. Kitabın adı olan "Söyüdlü arx"- Güney qışlaq və Quzey qışlaq kəndlərini birləşdirən arxdır.Əsərdə kəndlilərin bu arx barədə də mübahisələrinə də şahid olacaqsız. Kitabdakı obrazları çox sevdim.Nuriyyə obrazını isə bir başqa.Nuriyyədə əsl Azərbaycan xanımının bütün xüsusiyyətlərini gördüm. "Bu dünyada hər kəsin xoşbəxt olmağa,həyatdan daha çox şey götürməyə can atması tamamilə qanunidir."(s.102) Bir sözlə,hər kəsə bu əsəri oxumağı tövsüyə edirəm.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
·
393 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.