Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

240 syf.
8/10 puan verdi
·
12 günde okudu
Mark Levi - Haradasan? Fransız yazar Mark Levinin qələmi ilə ilk tanışlığım idi. Çox sadə, axıcı bir tərzdə yazıldığı üçün bəyənərək oxuduğum kitablardan oldu. Kitabı @origin_book_club sayəsində mart ayı müzakirəsi üçün oxumuşdum. Və təbii ki, aylar sonra şərh edirəm Kitab sevgi romanı olmasına baxmayaraq eyni zamanda digər maraqlı mövzulara da yer verilib. Hansı ki, düzgün valideyn necə olur? Və ya mənim adını eşitdiyim ancaq haqqında bilmədiyim uraqanlarla bağlı ətraflı məlumat var idi ki, bu da mənə çox maraqlı gəldi. Kitabdakı obrazlar bir-birilə tamamilə fərqlənirdilər: Suzan - Digər insanların təhlükəsizliyini qorumaq üçün öz həyatını,sevgisini hətta qızını belə qoyub çıxıb gedir. Ancaq müzakirədə də vurğuladığım kimi; bir insan, bir ana öz övladını qoruyub,böyütməyi bacarmayandan sonra digər insanları necə qorusun, qorusa belə mənim üçün heç bir mənası yoxdur. Amma onu da qeyd edim ki, fədakarlıq göstərərək etdiyi iş həqiqətən təqdirə layiqdir. Filipp - Müzakirədə Suzanın tərəfini saxlayanlar çox olsa da, mən ümumi götürsək Filippçi idim. Hər nə qədər onun da səhvləri olsa belə, hər bir halda onu atıb gedən və illərlə gözləməyinə baxmayaraq qayıtmayan insanın arxasınca baxıb göz yaşı axıtmadı,öz həyatına davam etdi deyə onu qınamaq məncə düzgün deyil. Maria - Mənə əsl Azərbaycan qadınını xatırladan obraz. Ağıllı, fədakar, sadiq, sevdiyi üçün, ailəsi üçün daima mübarizə aparan… Ah, Maria, ah. Heç bilmirəm sənin yerində olsa idim,sənin etdiyin fədakarlığı edə bilərdim mi? :/ Fikrimcə yox.. Əslində bu elə kitablardandır ki, nə haqlı var nə də haqsız. Hərə özünə görə haqlıdır, ancaq unutmamaq lazımdır ki, etdiyimiz seçimlər həyatımızı dəyişir. Kitabın sonluğu isə gözlənilməz və təsirli idi. Amma yenədə nələrsə çatmırdı sanki. Ya da mənim sevgi anlayışım bu deyil :) Mark Levi sevənlərə və ya ağır kitablardan sonra yüngül kitab oxumaq istəyənlərə nacizanə tövsiyə edə bilərəm. Oxuyub obrazlar haqqında düşüncələrinizi özünüz dəqiqləşdirin. Bəs kitabı oxuyanlar, siz “Haradasız?” :) səh: 256 | qiy: 6.40 P.S Kitab və yazıçı ilə bağlı ətraflı,maraqlı məlumataları bizə çatdırdığı və gözəl idarəçiliyi üçün əziz @by_momo._ təşəkkürümü bildirirəm.
Marc Levy
Marc Levy
Haradasan?
Haradasan?
Neredesin
Neredesin
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014659 okunma
·
216 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.