Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

328 syf.
9/10 puan verdi
·
11 günde okudu
Kürşat Başar - Yaz |Onu gördüm ve Yaz geldi. | Və YAZ bitdi . . . Həyata anasını itirərək başlayan və itirə-itirə yoluna davam edən Murat’ın Kıbrısdan (Kipr) başlayıb Türkiyəyə uzanan uşaqlıq və sevgi hekayəsi. Kitabın fonunda yaxın tarixdə yaşanan Kıbrıs ağrılarına eyni zamanda Muratın yalqızlığına, kitablara olan sevdasına,itirmə qorxusuna və çox böyük sevgisinə şahid oluruq. Yazıçıdan oxuduğum ilk əsər idi. Cümlələr,ifadələr çox sadə və asan başa düşülən şəkildə yazılmışdır. Tam bir yaz kitabı demək olar və bir neçə gün ərzində rahatlıqla oxuna bilən şeir kimi bir kitabdır. Mən altını xətləyə biləcəyim kitablar oxumağı çox sevirəm, bu kitabda da bol-bol altını xətlədiyim cümlələr oldu. Qeyd edim ki, illər və yaşananlar təəccüblü şəkildə axıb gedərkən,danışılarkən bir az başınız qarışa bilər.Çünki bəzən mövzudan-mövzuya tez-tez keçid edilir. Fikrimcə yazıçı tam olaraq mövzuya bağlı qalmaq istəməyib buna görə də arada həyatla,kitablarla bağlı və digər fərqli mövzulara toxunub. Bu da istər-istəməz bir az qopuqluq yaratdı məndə. Kitabın sonluğu isə kədərləndirdi və bəzi məsələlər sona qaldığı üçün tələsik sonlandırılmış kimi gəldi. Onu da qeyd etməliyəm ki, bir kişinin,oğlanın baxış bucağı ilə kitabı oxumaq çox fərqli və gözəl bir duyğu idi. Əminəm ki, oxuduqca özünüzdən mütləq bir şeylər tapa biləcəksiz.Qalın kitablardan sonra dincinizi almaq üçün yorulmadan,hüzurla oxuyacağınız sadə bir kitabdır. Ümumilikdə sevərək və zövqlə oxuduğum kitablardan oldu. Yazıçının “Başucumda Müzik” kitabını da əldə edib oxumağı düşünürəm Kitabı oxumusunuzsa və ya yazıçının başqa kitablarını oxumusunuzsa fikirlərinizi mənimlə bölüşün səh: 328 | 20 TL
Kürşat Başar
Kürşat Başar
Yaz
Yaz
Yaz
YazKürşat Başar · Everest Yayınları · 20141,617 okunma
·
206 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.