Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

521 syf.
6/10 puan verdi
·
10 günde okudu
Eşq romanları oxumağı çox sevməsəm də, reallığa dayanan eşq hekayələri həmişə diqqətimi çəkib. Yaxın keçmişdə Ayasofya muzeyinin direktoru olmuş, arxeoloq Erdem Yücel tərəfindən hazırlanan kitabda müxtəlif ölkələrin tarixində rol oynayan eşqlərə yer verilib. Digər tarixi araşdırmalarda olduğu kimi Yücelin yazdıqları da dünyagörüşümün formalaşmasında əhəmiyyətli rol oynadı. Fikrimcə, kitabda Fransa, İngiltərə və Bizans dövrü hekayələri daha dolğun işlənilib. Xüsusilə də, vaxtilə direktoru olduğu Ayasofyada divarlara həkk olunan mozaikaların ətraflı izahlını oxumaq çox xoş idi, dönə-dönə diqqət yetirib işarələdim o səhifələri. Fransa tarixində Osmanlının da rolunu əlaqələndirərək yazması, Misirin Osmanlıya bağlı xanədan nəslinin kiçik detallarına qədər verilməsi əla idi. İngiltərədən yazdıqları arasında kraliça Elizabetin bacısıyla Türkiyədəykən görüşlərindən geridə qalan xatirələrini də yazaraq kitabında yer verdiyi şəxsiyyətin xüsusiyyətlərini daha yaxşı təqdim edib. Yer verdiyi hekayələri müasir incəsənət və ədəbiyyatla əlaqələndirməsi də gələcəkdə araşdıracaqlarımın dairəsini genişləndirdi, çox yaxşı istinadları var idi. Lakin.. Kitabda ciddi redaktə səhvləri var idi. Şəxsiyyətin təvəllüddü ilə başına gələnlərin tarixləri bir-birini tutmurdu, rəqəmləri dəqiqləşdirmək üçün Google'da araşdırmalı oldum. Digər tərəfdən hərf səhvləri də var idi, eyni abzasların təkrarlanması və dəxlisiz olaraq yeni abzasda başqa mövzunun başlaması və anidən əvvəlki mövzuya qayıdılması kimi ciddi nöqsanlar məni yordu. Həmçinin, Türkiyə fəslində bəzi şəxsiyyətlərin ümumiyyətlə eşq həyatına yer verməməsi, sadəcə həyat hekayəsini danışması kitabın məğzinə uyğun deyildi. Erdem Yücelin bir yazıçı olmadığını nəzərə alsaq, fikrimcə bu cür məsələləri qaydaya salmalı olan şəxs nəşriyyatın redaktorudur. Yer verilən hər şəxsiyyətə aid fotolar ilə kitabı daha maraqlı və zəngin araşdırma mənbəyi edə bilərdilər. Son olaraq, İtaliya və Skadinaviya ölkələrin tarixində rol oynayan eşq hekayələrini də oxumaq istəyərdim. Ümumilikdə, kitab oxumağa dəyər, başlanğıc üçün yaxşıdır və aydın dildə yazılıb, lakin bir də Puslu Yayıncılık'dan hansısa kitab alacağımı düşünmürəm, professionallıqdan uzaq nəşriyyatdır.
Tarihe Yön Veren Aşklar
Tarihe Yön Veren AşklarErdem Yücel · Puslu Yayıncılık · 201413 okunma
·
98 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.