Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

382 syf.
·
Puan vermedi
·
14 günde okudu
Vincent Van Gogh qardaşı Theo'ya yazdığı məktubların birində deyirdi: "Buralarda edə biləcəyin ən yaxşı şey qadınların və uşaqların portletlərini çəkməkdir, mən isə bunun üçün yetəri qədər Bel Ami olduğumu düşünmürəm". Ardından şahəsər adlandırdığı bu romanın giriş hissəsindəki Paris təsvirləri Van Gogh'un ən məşhur əsərlərindən olan "Cafe Terrace on the Place du Forum"un ərsəyə gəlməsində ilham mənbəyi olmuşdur. Bəs kim idi bu Bel-Ami? Bu sözün mənası 2 versiyada işlənir: Yaraşıqlı və ya yaxşı dost, digəri isə dostluqdan sui-istifadə edən, dostmuş kimi davranan insanlara ironiya ilə deyilən ifadə olmasıdır. Bu əsərdə hansı Bel-Ami olmasını oxuduqca anlayacaqsınız :) Guy de Maupassant'dan oxuduğum ilk əsər olmasına baxmayaraq, yazıçı fikirlərini olduqca aydın şəkildə ifadə edib. Nə obrazlarının daxili dünyalarını ciddi şəkildə analiz edib, nə də baş verən hadisələri uzadıb. Kiçik detallara diqqət edərək yazıçının nə demək istədiyini rahatlıqla anlamaq olur. Əsərin Bel-Ami adlandırılan baş qəhrəmanı Georges Duroy kasıb kənd ailəsində doğulmasına baxmayaraq içində şöhrəti və gücü tapmaq istəyən qızğın ehtiras var. Düşdüyü çirkin şəhər cəmiyyəti ona bu fürsəti verir, o qadınlardan güc alaraq yavaş-yavaş istədiyi mövqeyə ucalmağı bacarır. İlk olaraq qarşısına çıxan hər qadının məsum olduğunu düşünsək də, əsər irəlilədikcə, o qadınların Duroydan istədiklərinə diqqət edərək ərlərinə xəyanət edən, özlərinə əyləncəli, gizli həyat quran cılız fahişələr olduqlarını başa düşməkdə gecikmirik. Əsərin heç bir qəhrəmanı müsbət obraz deyil. Hər biri digərini nərdivan kimi istifadə edib özünə mövqə tutan insanlardır. Bu baxımdan əsərin yaratdığı aura oxucuya mənfi təsir edib, həyata qarşı inamlarını qıra bilər. Bu cür mövzularda çox həssas olduğumdan zaman-zaman kitabdan başımı qaldırıb qara düşüncələrə qərq olduğum anlar oldu. Bəzən də bir insan nə qədər iyrənc ola bilər? sualını düşünmədən edə bilmirdim, çünki baş qəhrəmanımızın bitib tükənmək bilməyən ehtirası hər dəfəsində növbəti murdarlığa vəsilə olurdu. Məncə diqqətə alacağımız əsas şey odur ki, bu cür insanlar heç dəyişmir və istəklərinin tükənmə nöqtəsi olmur. Maupassant romanında insan münasibətlərindən ziyadə, Fransada baş verənləri də ironiyalı tərzdə ifşa edib. Yazıçıya görə, Afrikanın idarəçilik qabiliyyətinin olmamasından istifadə edərək onu özünə peşkəş edən digər Avropa ölkələrindən biridir Fransa da. Bəyənmədiyim tək nüans, əsərdə hiss etdiyim antisemitizm idi. Mən insanlara xalq olaraq yox, fərd olaraq yanaşmağı üstün tuturam. Bu baxımdan bütün yəhudilər bu cürdür və ya bütün fransızlar belədir və s. tərzində düşünməyi sevmirəm. 19-cu əsr Paris cəmiyyətinin iqtidar üçün bir-birilə verdiyi savaş bu gün də var, Parisdə də, Bakıda da, başqa yerlərdə də. Deyəsən insan olan hər yerdə ona dair bütün duyğular sona qədər hökmranlıq edəcək, xüsusi ilə də ucuz vasitələrlə çatmaq istənilən rütbələr də həmişə olacaq.
Bel-Ami
Bel-AmiGuy de Maupassant · İletişim Yayıncılık · 2019602 okunma
·
475 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.