Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var-ürəklərin,ağrıların mənəvi qidası olur, əl-əl gəzir,öləndə də əldə ölür,oxucu əlində. Fərli övlad kimi müəllifin adını uca eləyir. Bədbəxt doğulanı var-şikəst olur,uzağa gedə bilmir,kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır,fərsiz övlad təki müəllifin başını aşağı,gözünü kölgəli eləyir. Kitab da var,atasının ölümündən sonra dünyaya gələn uşağa bənzəyir.
·
52 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.