Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

140 syf.
10/10 puan verdi
Hər vaxtınız xeyir olsun dostlar. Bugün qələmiylə ilk dəfə tanış olduğum, lakin Azərbaycan ədəbiyyatında öz sözünü demiş yazarlarımızdan biri olan Salam Qədirzadənin 🌸46 Bənövşə🌸 kitabını oxudum. Kaş ki, daha geniş olsaydı dedim içimdən.Kitab ilk məhəbbətini sonralar təsadüfən tanış olduğu oğlana dəyişərək uğursuz ailə həyatı quran bir qızın həyatından bəhs edir. Həyatda aşağı-yuxarı eyni yoldan keçən insan olaraq əsərin qəhrəmanını hardasa başa düşmək çətin olmadı mənə. Bəzən atdığımız addım səhv də olsa, o yoldan dönmürük. Həyatda etdiyimiz seçimlər bizə zaman zaman dərs olaraq geri qayıdır. Əgər o dərsi ala biləcək beynə və düşüncəyə sahibsənsə. Əsərin digər qəhrəmanı Dərya əslində mentalitetin evlilik problemini ortaya çıxarır. El qınağından çəkindiyi üçün qurduğu ailə ilə bir gənc qızı bədbəxt edir. Eminə gəlincə də mənim fikrimcə o sadəcə gecikmişdi. Məhəbbət isə gecikəni gözləmir. Çalışın gecikməyin. Sonra ömrünüzün sonuna qədər o qatarın arxasınca baxa baxa qalarsız.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014536 okunma
·
461 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.