Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

344 syf.
8/10 puan verdi
·
5 günde okudu
Norveçli xanım jurnalist Asne Seierstad tərəfindən onun real müşahidələrinə və araşdırdıqlarına əsasən yazılan "Kabildə bir kitabçı" indiyə kimi oxuduqlarım arasında ən yaxşılardan idi desəm, yanılmaram. Jurnalist 11 sentyabr hadisələri baş verdikdən 2 həftə sonra Əfqanıstana gəlmişdir, burdakı siyasi hadisələr və mədəniyyətlər arasındakı fərqi dərindən müşahidə edərək əsərini bir ailənin fonunda Əfqanıstanda baş verənləri xüsusilə də, təhsilin və qadınların cəmiyyətdəki rolunu ön plana çəkərək ərsəyə gətirib. Kitabı oxunaqlı və olduqca maraqlı edən tərəfi onun lakonik dili və hadisələri çox detala girmədən aydın izah etməsidir. Xalid Hüseyninin prespektivindən baxdıqda Əfqanıstan parlaq bir ölkədir, lakin onu Taliban və onun timsalında Əl-Qaidə kimi terror təşkilatları məhv etmişdir, Amerika ölkəni yenidən dirçəltməyə çalışır və s. Asne'nin baxış bucağı isə tamamilə fərqlidir, Əfqanıstanda təhsilin vəziyyəti, dini etiqad məsələsinin ifrat dərəcəyə çatıdırılaraq öz məqsədindən qopması, poliqamiya, yüz illərdir davam edən patriarxal quruluş ölkəni süquta sürükləmişdir. 60-70-ci illərdə ölkədə qadınlara seçmə hüququ verən, burkanı qadağan edən və s. qərarlar qəbul olunsa da, evdə qadına mülkiyyəti kimi yanaşan kişilər evdən çölə çıxan, burka geyinməyən qızların üzünə sulfat turşusu atmağa, ayaqlarını qamçılamağa davam edirdi. Müvəqqəti sərbəstlik çox dar kəsim arasında idi. Hökümətin qərarları zehniyyətləri dəyişdirə bilməmişdi. Rusların sosializm siyasətinin bir çox mənada müsbət tərəfləri olsa da, məsələn: binaların, körpülərin tikintisi, şəhərlərin səliqəyə salınması, qadınların təhsilə cəlb edilməsi və s. - sosializm anlayışı da dindarlar arasında doğru qarşılanmırdı, onlar varlıların mülkünün əllərindən alınaraq yaradılan "bərabərlik" siyasətini oğurluq hesab edirdi. Amerikanın ölkəyə girməsi isə Talibandan sonra "formal" olaraq sərbəstlik gətirmişdi, siyasi olaraq ölkənin vəziyyətini daha da iflic duruma gətirmişdi, Amerika birmənalı siyasət yürütmürdü və ölkədəki seperatçı qüvvələri bərabər silahlandırıb maliyyələşdirirdi, nəticədə minlərlə günahsız insan terror qurbanı olurdu. Yaxın tarix jurnalistin yanaşmasının və qeyd etdiyi faktların doğru olduğunu sübut etdi. Talibana gəldikdə, islamın nə olduğunu dərk etməyən, lakin 6-7-ci əsr qaydalarını tətbiq etməyə çalışaraq dinə qulluq etdiyini zənn edən, cahil zehniyyətlərin formalaşdırdığı terror birliyidir, mənim fikrimcə, Taliban Əfqanıstanı, əsasən da əfqan kişilərini son 100 ildə ən yaxşı ifadə edən termindir. Kitab yazılan ərəfədə yazıçı kitabın baş qəhrəmanının evində qalmışdır və yayımlananda ailəsinin və özünü adını dəyişdirərək təqdim etmişdir. Özünün qeyd etdiyinə görə, ailənin xahişi ilə bəzi mövzulara ümumiyyətlə toxunmamışdır. 2002-ci ildə kitab çap olunsa da, ailə ilə əlaqəsi qalmaqda davam edirmiş, bir müddətdən sonra ailənin qopduğunu və 2 arvadlı baş qəhrəmanımızın ailə üzvlərinin başqa ölkələri getdiyini öyrənmişdi. Lakin əsas şok 8 il sonra gələcəkdi. Kitabçı kitab yayımlandığına görə təhlükədə olduğunu və insan içinə çıxa bilmədiyini, ən əsasda Asne'nin yazdıqlarının uydurma olduğunu deyir, onu məhkəməyə verir və pul tələb edir.. Və təbii ki, məhkəmə istəyini rədd edir, lakin Norveç höküməti siyasi qaçqın kimi yaşamağına icazə verir. Bu da mənim kitab haqqında kiçik araşdırmam :) Kitab adıyla pul üçün mənliyini satan adamın hərəkəti heç də təəccübləndirmədi. Əfqanıstan mövzusu maraqlı olanlara mütləq tövsiyə edirəm.
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020174 okunma
·
251 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.