Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

544 syf.
8/10 puan verdi
Kitabda çox açıq-saçıq səhnələr olmasa da, qeyri-etik sözlərin tez-tez təkrarlanmasına görə mənim gözümdə tam 18+ bir kitab oldu, halbuki, mən əksi olduğunu zənn edirdim. Kitabı oxuyarkən, sanki uzun metrajlı bir film izləyirmişəm hissinə qapılırdım. Məncə yazar hadisələri və danışıqları hədsiz çox uzadıb. Dili sadə və axıcı idi, tam bir yay kitabı. Ancaq uzunçuluq və çürükçülük məni arada yorurdu. Bir də həddindən çox argonun olmasını da bəyənmədim. Üz qapağı uşaq kitabı kimi görünsə də, içi elə deyil. ____ Mövzusuna gəldikdə isə çox sadə və bir az da oğlan kimi adlandıra biləcəyimiz bir qızın həyatının eşqi ilə qarşılaşması və başına gələn maraqlı, bir o qədər də gülməli və əyləncəli hadisələrdən bəhs edir😁 Bu baxımdan tam bir yay kitabı idi😍 ____ Hər kitab haqqında tam obyektiv fikir bildirməyə çalışıram, bəyənmədiyim nüansları mütləq qeyd edirəm. Çünki tövsiyəm ilə alan şəxsin "bu kitabı niyə tövsiyə edib" deməsini heç istəmərəm😊 Bu səbəbdən, yuxarıda qeyd etdiklərim sizin üçün problem deyilsə, alıb oxuya bilərsiz, indidən xoş mütaliələr
Aşkın Nur Savaş
Aşkın Nur Savaş
Pamuk Şeker Gibi
Pamuk Şeker GibiAşkın Nur Savaş · Müptela Yayınları · 2016200 okunma
·
131 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.