Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Çe Albertoya cavab məktubu yazır: "Mial, səni həyat yoldaşınla birlikdə özümün yeni Vətə nimə dəvət etmədim, çünki Fidellə bərabər Venesuelaya gəlmə yi düşünürdüm. Ancaq işlərim mənə mane oldu. Düşündüm ki, bir qədər sonra gələrəm, ancaq xəstəlik məni yataqda uzan mağa məcbur edir. Bir ay sonra yola düşəcəyimə ümidliyəm. Mən daima sizin barənizdə fikirləşirəm və ümid edirəm ki, siz mənimlə mate, bir neçə piroq va ağacın kölgəsini bölüşmək üçün on gün ayırarsız. Sənin türkəçarəçi sağlamlığını davam gətirə biləcək qədər bərk - bərk bağrıma basıram ! "Venesuela planını reallaşdırmağa onun vaxtı çatma yacaq: sağlamlığı bərpa olunan kimi Fidel ona vəzifə etibar edəcək və Çe bütün enerjisi ilə yeni fəaliyyətə başlayacaq. O ki qaldı Fidelə, o, aprel ayında Birləşmiş Ştatlara yollanır. Həm də həvəssiz. "Bizim dövrümüzün qorxulu problemi ondadır ki, dünya xalqları acından öldürən kapitalizmlə iqtisadi problemləri həll edən, ancaq azadlığı məhdudlaşdıran sosializm arasında seçim etməlidir, – o yazacaq. - Kapitalizm insanı qurban verir, kommunist dövləti isə özünün azadlığın totalitar konsepsiyası ilə insan haqlarını qurban verir. Ona görə də biz onların hər ikisi ilə razılaşmırıq. Bizim inqilabımız - tamamilə müstəqil Kuba İnqilabıdır."
Qanun Nəşriyyatı
·
119 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.