Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

127 syf.
10/10 puan verdi
·
Beğendi
Dürüst olacağam, indiyə qədər özümü feminist adlandırmamışam, feminist fikirlərə qulaq asmaqdan və ya bu fikirləri qoruyan kitabları oxumaqdan çəkinmişəm. Çünki hamımız bilirik ki , feminizmi tam mənası ilə anlamış insan sayısı çox azdır , bu fikri insanlara doğru-düzgün çatdıra biləcək insan sayısı isə bundan da azdır. Şükürlər olsun ki, feminizmlə bağlı oxuduğum ilk kitab bu kitab oldu. Kitabın əsas hissəsi yazarın dostu qızına feminizmi öyrədə bilsin deyə verdiyi tövsiyələrdən ibarətdir. İkinci hissədə isə yazarın öz təcrübələrindən danışılır. Az qala kitabın 70%ni işarətləmişəm, ikinci dəfə ,hətta 3-4 dəfə oxuyacağam. Gələcəkdə, evlənəndə, ana olanda, övladım böyüyəndə və qocalanda. O tövsiyyələrin birini belə unutmaq istəmirəm, mən qadın düşmanı kimi böyüdülmüş ola bilərəm amma belə bir övlad böyütməkdən imtina edirəm. Qadınlar da ,kişilər də oxusun bu kitabı, təkcə qızlarına deyil oğullarına da öyrətsinlər feminizmin nə olduğunu. Alıntıları paylaşandan sonra kitabın necə üslubda yazıldığını, elə yazarın da modern dünyadakı yanlış feminizm algısından bezdiyini görəcəksiniz. Oxuyacaq olanlara, xoş oxumalar.
Feminist Manifesto
Feminist ManifestoChimamanda Ngozi Adichie · Doğan Kitap · 20191,358 okunma
·
245 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.