Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 saatte okudu
Fransa və Prussiya arasında baş verən müharibənin fonunda hadisələr cərayan edir.Müharibə zamanı əxlaqlıların Vətən haqda çıxışlarından doya-doya danışırıq.Bəs əxlaqsız adlandırdığımız  bədənini " satan"lar barəsində görəsən düşünürükmü? Biz onları bu yola sürükləyən səbəbi düşünmədən cəmiyyətdən ayırır, hədəf nöqtəsinə çevirik.Yaxşı,lap əla.Bəs onda işimiz onlara düşərkən niyə yaltaqlanırıq? Yəni ac qalsan bir əxlaqsız qadında yemək üçün azuqə olsa, nə edəcəksən.Əmin olun ki, o zaman səni onun əxlaqsız olduğu maraqlandırmayacaq belə. Yeməkdən sənə verməyini istəyəcəksən.Və yeməyi yeyəndən sonra o adam yenə də sənin gözündə əxlaqsız və pis biri olmaqdan başqa heç nəyə çevrilməyəcək. Elizabet üçün də bütün bu olanlar keçərlidir.Əxlaqsız olan qadın Vətənini sevir.Qəribə gəlir, elə deyilmi? Biz əxlaqsızları elə düşünmürük axı. Azuqə götürməyən faytondakılar ondan yemək xahiş edir.O da verir.Amma əsas hadisə alman zabitinin gonbulu " istəməsi"  ilə əks təzad yaradır.Vətənpərvər faytonçular onsuz da əxlaqsızdı nə olacaq, deyir.Təki bizi buraxsınlar- deyə düşünür. Elizabet isə düşmən zabitin təklifini rədd edir.   Bu zaman ,sizcə, alman zabitinin gözündə təkcə Elizabet idimi əxlaqsız olan? Xeyr.Onun gözündə  faytonçular da əxlaqsız idi.Elə almanın özü də əxlaqsızdan başqa bir şey deyildi.
Gonbul
GonbulGuy de Maupassant · Qanun Nəşriyyatı · 2019163 okunma
·
1 artı 1'leme
·
326 görüntüleme
Hüsniyyə Sultanova okurunun profil resmi
Çox gözəl şərh etmisiniz
Kərimova okurunun profil resmi
Təşəkkür edirəm.🌹
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.