Gönderi

80 syf.
8/10 puan verdi
·
22 saatte okudu
Bu kitab Yunan və Qərb fəlsəfəsi tarixində çox önəmli bir şəxs hesab olunan Platonun dövrümüzə gəlib çatmış əsərlərindəki ümumi fikirlərin qısa məcmusundan ibarətdir.Kitabın dili,yazılış tərzi nə qədər sadə və oxunaqlı olsa da,düşündürücü məqamlar çoxdur.Kitabda Platonun həyat fəlsəfəsi,eyni zamanda doğruluq,elm,təhsil,dövlət,idarəetmə və əxlaq kimi mövzularda fikirləri qeyd olunub.Həmçinin insanlara yaxşı yaşamaq,özünü tapmaq və həyatı kəşf etmək üçün tövsiyə etdiyi 7 prinsipə (öğreti) yer verilir.Miladdan öncə yaşamış olmasına baxmayaraq onun fikirləri dövrümüz üçün də aktualdır və müasir insana xitab edir.Platonun hələ o dövrdə yönəldiyi sahələrdən birinin fəlsəfə olması da maraq doğurur. Ümumiyyətlə,Platonun fikirləri özümüzü və insanları daha yaxşı tanımağa,addımlarımızı analiz etməyə,hər daim öyrənməyə,öyrətməyə və inkişaf etməyə çağırır.Bu qısa kitabın sizi uzun düşüncələrə aparacağını düşünürəm.
Platon - İnsanın Kendini Yenmesi En Büyük Zaferdir
Platon - İnsanın Kendini Yenmesi En Büyük ZaferdirÖzlem Küskü · Destek Yayınları · 20201,348 okunma
··
919 görüntüleme
Günsel Karan okurunun profil resmi
çok güzel: "Miladdan öncə yaşamış olmasına baxmayaraq onun fikirləri dövrümüz üçün də aktualdır və müasir insana xitab edir."
Ayçilər okurunun profil resmi
Teşekkür ederim☺️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.