Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

308 syf.
9/10 puan verdi
·
47 günde okudu
Spoiler olmazsa, yaza bilməyəcəyəm. Olmasın deyə diqqət edəcəyəm. @Vusala121 kitab üçün çooox təşəkkür edirəm. Ömrüm olduqca səndən mənə yadigar saxlayacağam. Kitabı uzun bir zamana yayaraq oxudum. Etiraf edim ki, maraqlı başladı, yorucu davam etdi, ancaq elə bir zərbə ilə bitdi ki, yarım saxlamadığım üçün özümü təbrik etmək istədim. Bu hadisəni mən
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə Yoxdur
kitabında yaşamışdım. Həmin gün qərar verdim, heç bir kitabı yarım saxlamamağa. Kitabın mövzusuna gəldikdə isə; Amanda və Duoson adlı iki gəncin ailələrin təsiri ilə nakam məhəbbətlərinin illər sonra yenidən qarşılaşmaları ilə necə bir yol aldığından bəhs edir. Onları yenidən görüşdürən nədir? Necə bir qarşılaşma yaşayırlar? Bu görüş necə təsir yaradır? Həyatlarına necə təsir edir? Və o heç gözləmədiyim məqam. "Mənim ürəyimin parası səndədir. Ən dəyərli parçamı sənə bəxş etmişəm." Bu cümlənin nə qədər böyük bir məna kəsb etdiyini kitabın qapağını son dəfə örtərkən anlayacaqsınız. Bir günə belə oxunacaq kitabdır. Mən kitabları uzun müddətdə oxuram. Və oxuduğum zaman kəsimi kitabın dəyərini ölçmür. Hər hərfini udaraq oxumaq artıq adət halını alıb məndə. Xoş mütaliə arzu edirəm, incələməmi oxuyan əziz oxucu..
Ən Dəyərlim
Ən DəyərlimNicholas Sparks · Yay Yayınları · 081 okunma
··
740 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
🙈🙈affina siginaraqdan qeyd edim ki 5ci abzas da "don"yox ureyim "son"sozu olmalidi) beyendiyine sevindim urek 😍😍eslinde oxudugum bir kitab deyildi adina gore almisdim,cox sukur ki olmeden once gordum bitirdiyini 😜😜
Kitabsever okurunun profil resmi
Yaxşı ki dedin. Düzəldərəm. Vüska mütləq oxu. Sənin fikrin də mənə maraqlıdır. Ağlaya bilmurəm son zamanlar. Yoxsa, hönkürtü ilə ağlayacağım bir məqam var kitabda. Yaxşı ki, bu kitabı almısan mənə. Əgər bütün duyğularımı yazsaydım, incələməm bitməyəcəkdi. 😘😘😘
25 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.