Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

25 syf.
8/10 puan verdi
Çexovdan bir “yasak aşk” hekayəsi. Çexovun bu kiçik hekayəsində hər ikisi evli olub,lakin xoşbəxt olmayan iki insan arasında yaşanan bağlılıqdan bəhs edilir.Qadınları “ikinci sinfə”aid edən Qurov öz xoşbəxtliyini Anna Sergereyevnada tapır.Aralarındakı bu münasibətin adi bir sevgi macərası olmadığını isə bir-birlərindən ayrı qaldıqda başa düşürlər.Annanın daxili müharibələri,vicdan əzabı və iztirabları da bu sevginin qarşısında dura bilmir.Nə evliliklərini,nə də bu münasibəti sonlandıra bilirlər və böyük ehtimal ki,ömürlərinin sonuna qədər bu belə davam edir. Ümumiyyətlə Çexovu fərdin daxili dünyasını,iç çaxnaşmalarını ifadə etməkdə usta sayıram.Bu qısa hekayənin mövzusu hər nə qədər gündəlik həyatda rastlanan klassik xəyanət kimi düşünülsə də,əxlaq,şərəf,empatiya,vicdan əzabı,peşmanlıq və iradə(və ya iradəsizlik) kimi mövzularda güclü analizlər də mövcuddur. Yazar hekayənin sonunu oxucuya buraxır.Xəyanət üzərinə qurulmuş bu sevgini Çexov nə qədər mükəmməl şəkildə təsvir etsə də,onun gətirdiyi iztirabların sevginin verdiyi xoşbəxtlikdən daha ağır gəldiyini dərk etmək oxucuya qalır. Kitab səhifə cəhətdən çox az olsa da,insana təsir etməyi bacarır.Oxuduğum digər Çexov əsərlərindən bir qədər fərqlənirdi,daha çox romantizm və psixologizm cərəyanlarını da hiss etdim. Görəsən bütün insanlar bir gün həqiqi sevgini tapır?Bəs onun üçün hər şeydən imtina etmək nə qədər doğrudur?Sevgi bütün əngəlləri aşmağa qadirdir mi?-Bu suallar ətrafında uzun müddət düşündürən bir kitab idi.Oxumağa dəyər :)
Küçük Köpekli Kadın
Küçük Köpekli KadınAnton Çehov · BZ Yayınları · 20141,042 okunma
·
464 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.