Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

268 syf.
7/10 puan verdi
"Bütün qanunu pozan şəxslər Cinayət Məcəlləsinin maddələrinə əsasən cəzalandırılacaqlar". səh 31. Mülki və inzibati məcəllə də qanun sayılır, bu qanunları pozsaz inzibati və ya mülki məsuliyyət daşıyırsınız, cinayət məsuliyyəti deyil. Metro daxilində cinayət qədər, inzibati xəta da törədilə bilər. "Bankın proqramın öyrənib öz hesabıma 50 manat göndərdim. 18 yaşım olmadığı üçün məni cəzalandırmadılar. Valideynlərimə 100 manat cərimə yazdılar." səh 123. Kibercinayətkarlıq cinayət hesab olunur. Cinayət yaşı isə 16 yaşdır, 18 deyil. Cinayət məsuliyyətinə cəlb edə bilmədikdə polisin və ya MTN işçisinin pul cəriməsi ilə əvəz eləmək kimi bir hüququ da yoxdur, bu qanunsuzdur. "Sən məni öldürsən, bu yazıq qız da sənə görə cinayətdə əlbir kimi cəzalanacaq". səh 174. Belə bir hal mümkün deyil, qız oğlanla sadəcə bunkerlərdən qaçmaq üçün razılaşıb. Onunla birgə mənzil toxunulmazlığı hüququnu pozmuş ola bilər. Lakin şəxsin öldürülməsi, ikisinin öncədən razılaşdığı bir hadisə olmadığı üçün, bu icraçının ekstessi sayılır deyə sadəcə oğlan cəzalanacaq.
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20191,130 okunma
··
1 artı 1'leme
·
1.024 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.