Gönderi

İnsan görüntüsünün altında çox dərin şeylər gizlədir. İllər öncə tanıdığımı zənn etdiyim insanların sırf görmək istədiyim üçün gözəl tərəflərini görməyim, insanlara qarşı baxış bucağımda böyük dəyişikliklər yaratdı. "Onun xarakterində bu yoxdur" dediyim insanlarda bunun əksini gözəl bir şəkildə müşahidə etdim. Bir zamanlar əlaqə qura bilməyəcək qədər mühakimə ilə yanaşdığım insanların bugündə gördüyüm işıqlı tərəfləri, onların yaratdığım qaranlıq silüetini dəyərləndirdi, genişləndirdi. İnsanları kəşf eləməyin gözəl olduğunu hiss etməyə başlayıram. Çünki onlarda gördüyümüz hər "pis və yaxşı" xüsusiyyət, əslində öz bədənimizdən və fikirlərimizdən ibarət bir dünyadır. Nə qədər nəticə tez bir zamanda ortaya çıxmasa da, hər kəs fərqində olmaq üçün əlindən gələni edir. Kimisi bir tısbağa, kimi də bir bəbir kimi hərəkət etsə də, nəticə olaraq hamımız irəliləməyə, bir şeylər etməyə çalışırıq. Ölümə hər saniyə daha yaxınıq, amma bu bizə yarışa girmək üçün bir səbəb vermir. Mən sadəcə yaşamaq istəyirəm. Tısbağa və yaxud bəbir olmağımın bir önəmi yoxdur.
·
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.