Gönderi

220 syf.
8/10 puan verdi
Partiya Mərkəzi Komitəsinin üzvü, Xalq komissarı, Xalq ordusu İkinci Briqadasının komandiri, İnqilab ordeni laureatı N. Z. Rubaşov partiyaya "müxalif" olması səbəbindən həbs edilir. Keçmişdə partiyanın göstərişi ilə Riçard və Körpə Levinin işini bitirən Rubaşov buna görə həbsxanada özü ilə haqq-hesab edəcəyini anlayır. Ona ən çox əzab verən dikdöş Arlovanı güllələnməyə göndərməyidir. 1936 - 1938 - ci illər arasında Stalin "Böyük Təmizləmə" əməliyyatı adı altında siyasi arenada özünə təhlükə saydığı rəqiblərini və partiyadaşlarını saxta ithamlarla həbs ya da ki, gülləmə cəzasına məhkum etdirmişdir. Stalinin adı bu kitabda "Birinci" olaraq keçir. "Moskva Prosesləri" adlandırılmış hadisələrin qurbanı olan bir neçə insanın həyatının ümumiləşdirilmiş obrazı olan Rubaşov onun ən yaxın adamlarından biridir və tez - tez kitabda yer alan portretdə də düz yanında dayanıb. Portretdə Stalinlə bir yerdə olanlardan bir tək Rubaşov sağdır və o da məhv edilməyə çalışılır. Kitabda Rubaşova ağır işgəncələr olacağını düşünürdüm. Burda qismən yanıldım. İşgəncə var idi ama mənəvi işgəncə. Əsərin çox hissəsi dialoqlardan ibarətdir. Sıxıldığım hissələr çox oldu. Rubaşovun gündəliyində yazdıqlarını ləzzətlə oxudum. Siyasətlə məşğul olanlar ya da olmaq istəyənlərə gündəlikdə yazılanlar maraqlı gələ bilər. Kaş kitabda gündəliyə daha çox yer verilərdi. Rubaşovun  sorğulanması səhnələri əsərin ən maraqlı yerləridir. Rubaşov hər şeyin tez bitməsini istəyir. Yuxunu xilas yolu olaraq görür.
Gözqamaşdırıcı Zülmət
Gözqamaşdırıcı ZülmətArthur Koestler · Xan Nəşriyyatı · 2020425 okunma
·
87 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.