Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

327 syf.
·
Puan vermedi
·
Beğendi
#oxumalı #kitablardan "Çalışmanın mutluluğu ve Sıkıntısı" müasir iş həyatındakı təcrübələri əks etdirmək istəyən yazarın qısa esselərindən ibarətdir. Alain de Botton oxucuları karyera məsləhətindən roket elminə, biskvit istehsalından rəssamlığa və s kimi bir-birindən uzaq on biznes sahəsinə səyahətə çıxarır. Kitabın ən xoşuma gələn özəlliklərindən biri dünyada nə qədər fərqli və özünəməxsus iş sahələrinin olduğunun fərqinə varmağı və özlüyündə hər bir işə sayğı duymağımız gərəkdiyini göstərməsidir. Eyni zamanda həm gündəlik həyata təsir edən müxtəlif mövzular haqqında fikirlər, eləcə də bu mövzuları düşünərkən, nəzərdən keçirə biləcəyiniz fotoşəkillərin olması axıcı və düşündürücü bir mütaliə etməmizi təmin edir. Necə deyirlər, həyatın ən içindən hazırlanmış bir material . Bu kitab hazırda Londonda yaşayan 52 yaşlı isveçrəli yazar/filosof Alain de Botton-un sayca 9-cu kitabıdır. Kitabda yer alan fotoşəkillər #fotoqraf Richard Baker-ə məxsusdur. Kitabda ağ-qara formadadır, lakin fotoqrafın saytına daxil olub richardbaker.photoshelter.com "Work in 100 images" adlı gallery-də rəngli hallarına baxa bilərsiniz. Alain de Botton-un bu kitab da daxil Türkiyədə @selyayincilik tərəfindən nəşr edilən 10 bölümlük serisi var. Və hər kitabın daxilindəki fotoşəkillərin hər biri, xüsusilə, kitabları üçün çəkilib. Xoş oxumalar!
Çalışmanın Mutluluğu ve Sıkıntısı
Çalışmanın Mutluluğu ve SıkıntısıAlain de Botton · Sel Yayıncılık · 200893 okunma
·
140 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.