Gönderi

413 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
GÜN OLUR ASRA BEDEL - CENGİZ AYTMATOV
"Bir çox yazar yaşadığı, böyüdüyü cəmiyyətin, dövrün aynasıdır" Ç.Aytmatovun ən tanınmış əsəri olan "Gün olur asra bedel" Qazaxıstanın Sarı Özək bölgəsində yaşayan Yedigeyin dostu Kazangapın ölüm xəbərini alması ilə başlayır. Bütün kitab 24 saat ərzində cərəyan etsə də, müəllif Kazangapın vasitəsilə keçmişi, bugünü, gələcəyi oxuculara çatdırmaqla onlarda dərin düşüncələr yaradır. Dostunu Ana Beyt məzarlığına aparmaga çalışan Kazake əsrə bədəl olacaq bir gün keçirir. Əsərdə bir çox əfsanələrə də yer verilir. Mangurt sözü sizə tanış gəlir? Nayman Ana, Dönenbay Kuşu, Raymalı aga efsaneləri ilə keçmişə sayahət etməklə qalmayacaq obrazların dili ilə sistemə, cəmiyyətə, mecburiyyətlərə isyan edəcəksiniz. İnsanları robotlaşdıran, haqsızlıq, ədalətsizlik ilə onları idarə etmək istəyən sitem və onlara tabe olanların əksi Nayman ananın juan-juanlar tərəfindən manqurtlaşdırılmış oğlu vasitəsilə verilir. Müəllif bununla da kifayətlənmir elmi-fantastik ünsürləri də əsərə əlavə edir. Buradakı Orman-Göğsu planeti mənə xoşbəxtlər ölkəsini xatırladır. Qarayanız, mavi saçlı insanların yaşadığı bu planetin kəşfi ilə də ayrıca həyəcanlanacaqsınız. Dünya ilə ünsiyyət qurmağa çalışan yadplanetlilərə dünyalıların cavabı nə olacaü? Hər bir obraz o qədər bizdən, ailədən idi ki, sanki mən Kazakeni tanıyıram. Abutalip Kuttubayev və ailəsi isə mənim üçün ayrıca əziz oldular... bu ailənin taleyini öyrənmək istəsəniz "Cengizhana küsen bulut" kitabını oxuya bilərsiz. Kitabı müdürümün tövsiyəsi ilə oxudum. O qədər axıcı və dolu-dolu idi ki, sıxılmadan zövq alaraq oxuyub bitirdim. Sadə dili və çatdırmaq istədiyi fikirlərlə hər kəsin mütləq oxumalı olduğu bir kitabdır. Kitab oxuduğum ən möhtəşəm əsərlər sırasında özünə yer tapdı. O qədər gözəldir ki, yenə və yenə sözlərimin kifayətsiz qaldığı məqamdayam. Elə isə, siz də oxuyun və bu əsər ilə tanışın 27.03.22
Gün Olur Asra Bedel
Gün Olur Asra BedelCengiz Aytmatov · Ötüken Neşriyat · 202146bin okunma
·
159 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.