Gönderi

256 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
ÜTOPİK DİSTOPYA
İnsanlara firavanlıq lazımdır yoxsa , şüurun dərinliklərinə enərək həyatı kəşf etmək ? İnsana kədər lazımdırmı ? Valideynlər, Tanrı ? Bütün bunlar olmadan hər şeyin şən keçdiyi, "hamının xoşbəxt olduğu" bir dünya - Yeni Cəsur Dünya. İnsanlar üçün həyatın sadəcə standartlardan ibarət olduğu bir dünya , daim xoşbəxtsən, amma heç bir zaman azad deyilsən , heç bir zaman tənha deyilsən.. Bir baxıma baxdıqda Yeni Cəsur Dünya hər kəsin axtardığı və qurmağa çalışdığı dünyadır. Lakin həyat dediyimiz sadəcə firavanlıqdan ibarət deyil, hər bir şeyin bir məqsədi və yaranma səbəbi olduğu ə kimi , kədərin , tənhalığın və əzabların , incəsənət və məhrəmiyyət dəyərlərinin, ailənin də bir səbəbi var. Amma bütün bunlar Yeni Cəsur Dünya üçün ziddir. Kitabı oxuduqca fərqli hisslər keçirdim. Ən əsası bir sual " Həqiqətən hər bir seçimimiz və ya baxış bucaqlarımız tərbiyə ilə kodlanır ? " İnsan bir gün bu zənciri qıra bilmir ? Əsərə sonradan daxil olub , bu ütopik dünyanı sorğulayan Vəhşi obrazı. Vəhşi üçün yaşadığı bütün çətinliklərin sonu , firavanlıq , xoşbəxtlik və sonsuz səadətin dünyasına keçid, lakin Vəhşi dəyərlərinə, inanclarına və öz yaşamına sadiq qaldı. Əsərin üstümdə buraxdığı emosiyalar yükü bir kitab analizi deyil də , bir kitabın hisslərinə çevrildi.
Yeni Cəsur Dünya
Yeni Cəsur DünyaAldous Huxley · Qanun Nəşriyyatı · 201860,7bin okunma
·
220 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.